Accessibility links

Türkiyədə zəlzələdən sorna axtarışlara son qoyulur

  • Amerikanın səsi

Türkiyədə zəlzələdən sorna axtarışlara son qoyulur

Türkiyədə zəlzələdən sorna axtarışlara son qoyulur

Türkiyədə yüzlərlə insanın ölümülə nəticələnmiş zəlzələdən bir həftə sonra xilasetmə işçiləri dağıntıları təmizləyərək, axtarış əməliyyatlarına son qoyur.

Türkiyə rəsmiləri axtarışa dair xüsusi xahiş olmadığı halda, zəlzələdən sağ qalanların axtarışının sona çatdırıldığını bildirirlər. Rəsmilər zəlzələ nəticəsində 582 insanın, bunların 455-nin Ercişdə həlak olduğunu, 4 min insanın isə xəsarət aldığını bildirir.

Keçən həftə bazar günü 7,2 bal gücündə zəlzələdən sonra dağıntılar altından 230 insan çıxarılıb. Cümə günü sonuncu dəfə dağıntlılar altından bir nəfər xilas edilərək çıxarılıb.

Türkiyə rəsmiləri artıq soyuqların düşməsilə zəlzələdən sonra evsiz qalmış minlərlə insanı sığınacaqla təmin etməyə çalışır.

ABŞ hərbi qüvvələri zəlzələdən sonra yardım məqsədilə Türkiyəyə ləvazimat göndərildiyini bildirib.

XS
SM
MD
LG