Accessibility links

Türkiyə Suriyada quru əməliyyatlarında iştirak etmək üçün müttəfiqlərinə müraciət edib


Türkiyə rəsmisinin bildirdiyinə görə, Türkiyə Suriyada quru əməliyyatlarında iştirak etmək üçün müttəfiqlərinə müraciət edib. O, yalnız bu yolla 5 illik müharibəyə son qoyulacağını deyib.

Türkiyə Səudiyyə Ərəbistanı ilə bərabər Suriyada İslam Dövlətinin mövqelərini hədəf alan koalisya qüvvələri tərkibində hava əməliyyatlarında iştirak edir. Səudiyyə Ərəbistanı da quru əməliyyatlarında iştirak etmək istəyir.

Dünən Suriya prezidenti hər iki ölkəni tənqid edərək, onların xarici qüvvələr tərəfindən istiqamətləndirildiyini bildirib.

Bəşar Əl-Əsəd deyib ki, Türkiyə və Səudiyyə Ərəbistanı əmrləri yerinə yetirən davamçılardır.

Suriyanın dövlət başçısı vətəndaş müharibəsinin ilk aylarından bəri beynəlxalq münaqişəyə çevrildiyini və təklif edilən atəşkəsin həyata tətbiqinin asan olmayacağı barədə xəbərdarlıq verib.

Suriyada müxtəlif tərəflərin cəlb olunduğu hərbi münaqişə Türkiyə hərbi qüvvələrinin sərhəddə ABŞ-ın dəstəklədiyi Kürdüstan Xalq Müdafiə qrupu YPG-nin mövqelərini atəşə tutması ilə daha da mürəkkəb xarakter alıb.

YPG Türkiyədə fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə Partiyasının qanadı olan Demokratik Birlik Partiyasının hərbi cinahıdır. Türkiyə həm PYD, həm də PKK-nı terrorçu qrup hesab edir.

XS
SM
MD
LG