Accessibility links

Türkiyədə reydlər keçirilir


Dövlət çevrilişi cəhdində əli olduğu deyilən Birləşmiş Ştatlarda yaşayan Fətullah Gülənlə əlaqəsi olanların axtarışı ilə bağlı bu gün səhər saatlarında Türkiyə polisinin 100-dən çox yerdə keçirdiyi növbəti reyd zamanı 200-ə qədər adam həbs edilib.

Türkiyənin maliyyə polisinın keçirdiyi reydlərin məqsədi Fətullah Gülənə maliyyə dəstəyi verməkdə şübhəli bilinən bizneslər və onun dini hərəkatı tərəfdarının ələ keçirilməsidir.

İyul ayının 15-i çevriliş cəhdi zamanı toqquşmalarda azı 270 nəfərin həyatını itirib, minlərlə insan yaralanıb. Bundan sonra ölkədə fövqəladə vəziyyət elan edilib və həbslər başlanıb.

Reydlər 38 min məhbusun əfv ediləcəyini bəyanatından sonra keçirilib.

Qərar çevriliş cəhdində iştirak etmiş şəxslərə həbsxanada yer açılması üçün verilib.

Türkiyə ədliyyə naziri Bəkir Bozdağ bu haqda məlumatı tvitter hesabından paylaşıb. O, azad olunanların şərti azadlığa buraxılacağını deyib.

İki ildən az müddəti qalanlarla yanaşı, həbs müddətini yarıdan çoxunu yerinə yetirmiş məhbuslar da bu qanundan yararlanmaq hüququna malik olacaq. Bu qanun qətl cinayətləri, terrorizm, cinsi zorakılıq və ya şiddət törədən məhbuslara şamil olunmayacaq.

XS
SM
MD
LG