Accessibility links

Türkiyənin yeni "rakı" siyasəti [Təhlil]


Türkiyə parlamentinin spirtli içkilərlə bağlı qəbul etdiyi qanun tənqidlərlə qarşılanıb. Tənqidçilər islam köklərinə dayanan hakim partiyanı ölkədə dini etiqadı möhkəmləndirməkdə günahlandırır.

Yeni məhdudiyyətlərə məscid və ya məktəblərin 100 metrilik diametrində spirtli içkilərin satışına qoyulan qadağa da daxildir. İstanbulda bu məhdudiyyət ciddi nəticələr verə bilər. Belə ki, şəhərdə 6000 məktəb və məscid yerləşir. Xüsusilə də çoxsaylı bar və restoranların yerləşdiyi Kadıköy rayonunda.

Biznesimiz bağlanacaq. Hətta bu qanundan əvvəl alkoqol vergiləri artırılmışdı. Bizi iflas gözləyir. Spirtli içkilər əsrIərdir mətbəximizə daxil olub.
Restoran sahibi
Pivə və ya rakı ilə bərabər kiçik məzələr satan restoran sahiblərindən biri - Turqut gələcəyi qaranlıq görür. “Biznesimiz bağlanacaq. Hətta bu qanundan əvvəl alkoqol vergiləri artırılmışdı. Bizi iflas gözləyir. Spirtli içkilər əsrIərdir mətbəximizə daxil olub.”
Baş nazir Rəcəb Tayyib Ərdoğanın ayranı milli içki elan etməsinədək Türkiyənin banisi Mustafa Kamal Atatürkün sevimli içkisi olan rakı milli içki hesab edilirdi.
Spirtli içkilərin reklamı, televiziya və ya kino-filmlərdə nümayişi, habelə içilməsinə nəzarət barədə qəbul etdiyi qanun diametrində axşam saat 10-dan səhər 6-dək spirtli içkilərin satışını da yasaqlayır.

Türkiyənin İslam təmayüllü baş naziri ölkədə mühafizəkar cərəyanın himayədarı rolunda çıxış edir
Türkiyənin İslam təmayüllü baş naziri ölkədə mühafizəkar cərəyanın himayədarı rolunda çıxış edir
Yeni qanun mübahisələr doğurmaqla yanaşı, baş nazirin islamçı baxışlarını ölkədə tətbiq etdiyində günahlandıırlmasına yol açıb. Ərdoğan isə bu siyasətini din deyil, sağlamlığa əsaslandırır. “Bu siyasət hər yerdə tətbiq edilir. Gənclər pis vərdişlərdən uzaq saxlanmalıdır. Biz gəng nəslin gecə və gündüz kefli vəziyyətdə olmasını istəmirik.”

Lakin Kadri Gürsel kimi qanunun tənqidçiləri Türkiyənin Anadolu kimi bölgələrində spirtli içkilərdən istifadə edilmədiyini deyir. Milliyet qəzetinin köşə yazarı Türkiyədə alkoqolizm kimi bir problemin yaşanmadığını bildirir.

Bu siyasət hər yerdə tətbiq edilir. Gənclər pis vərdişlərdən uzaq saxlanmalıdır. Biz gəng nəslin gecə və gündüz kefli vəziyyətdə olmasını istəmirik.
Rəcəb Təyyib Ərdoğan
Türkiyə Avropa ölkələri arasında spirtli içkilər istehlakçısı kimi ən aşağı göstəricilərə malikdir. Ərdoğanın hakimiyyətə gəlməsindən bəri spirtli içkilərə qoyulıan vergilər 100 faiz artırılıb.

Yeni qanunla bağlı debatlar ölkədə qütbləşmənin dərinliyinə dəlalət edir. Qütbləşmənin təsirləri gələn il keçiriləcək seçkilər zamanı daha qabarıq şəkildə üzə çıxacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG