Accessibility links

Türkiyənən baş naziri Əhməd Davutoğlu bu gün deyib ki, Türkiyə keçən həftə Rusiyanın qırıcı təyyarəsini Suriya ilə sərhəddə vurub saldığına görə üzr istəməyəcək.

Cənab Davutoğlu Brüsseldə NATO başçısı Cens Stoltenberqlə görüşündən sonra müxbirlərlə söhbəti zamanı Türkiyə ordusunun ölkənin hava məkanını qorumaq üçün vəzifə borcunu yerinə yetirdiyini deyib. O, eləcə də, insidentə cavab olaraq Türkiyəyə iqtisadi sanksiyalar qoyulacağını deyən prezident Vladimir Putinin bu məsələni yenidən nəzərdən keçirəcəyinə ümid etdiyini bildirib.

Sanksiyalar Türkiyə məhsullarının Rusiyaya idxalını məhdudlaşdıracaq, Rusiyada işləyən türklərin müqaviləlıərinin uzadılmasına qadağa qoyacaq və Rusiyadaki Türk şirkətlərinin fəaliyyətinə təsir edəcək.

XS
SM
MD
LG