Accessibility links

Türkiyə və Serbiya viza rejimini ləğv edir


Türkiyə və Serbiya viza rejimini ləğv edir

Türkiyə və Serbiya viza rejimini ləğv edir

Bu razılıq bu gün Belqradda Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanın Serbiyaya iki günlük səfəri zamanı imzalanmış altı müqavilədən biridir

Türkiyə və Serbiya iki ölkə arasında maliyyə və diplomatik əlaqələrin yaxşılaşdırılması çərçivəsində viza rejiminin ləğv edilməsi haqda razılıq imzalayıb.

Bu razılıq bu gün Belqradda Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanın Serbiyaya iki günlük səfəri zamanı imzalanmış altı müqavilədən biridir.

Anadolu xəbər agentliyi cənab Ərdoğana istinadən məlumat verib ki, Türkiyə hava yolları şirkəti Serbiyanın milli hava yolları şirkəti ilə iş adamları üçün səfərlərin yüngünlləşdirilməsi məqsədilə əməkdaşlığa başlamaq əzmindədir. Xəbərlərdə habelə deyilir ki, Türkiyə lideri iki ölkənin hökumətinin hərbi hava limanlarının mülki aviasiya üçün açılması məqsədilə apardığı işə dəstəyini bildirib.

Serbiyanın xəbər agentliklərinin verdiyi məlumatlarda deyilir ki, liderlər Bosniya-Herseqovinada etnik gərginlikləri müzakirə ediblər.

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan çıxış etdiyi mətbuat konfransında Avropa ölkələrini fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə partiyası PKK üzvlərinin üzvü olmaqda şbühəli bilinən şəxslər və həbs olunmuş üzvlərini qaytarmağa çağırıb.

XS
SM
MD
LG