Accessibility links

Türkiyənin Silivri həbsxanası qarşısında toplaşan minlərlə nümayişçi polis tərəfindən gözyaşardıcı qaz və təzyiqli su ilə dağıdılıb. Onlar 275 adamın gizli mühakiməsinə etiraz edib.

Hərbi nümayəndələr, hüquqşünaslar, ziyalılar və jurnalistlər hökumətə qarşı çevriliş planı hazırlamaqda ittiham edilən Ergenekon qrupu ilə əlaqədə olmaqda ittiham edilir.

Müttəhimlər bu gün son ifadələrini verməli idi. Prokurorluq onların müqəssir olduğunu deyir, tənqidçilər isə məhkəməni opponentlərin qorxudulması cəhdi adlandırır.

Bu insanları bir neçə il azadlıqdan məhrumiyyətdən ömürlük həbs cəzaları gözləyir.
XS
SM
MD
LG