Accessibility links

Türkiyənin daş kömür mədənində ölənlərin sayı 284 olub


Türkiyənin enerji naziri Taner Yıldız Somada 284 insanın ölümünə səbəb olan daş kömür mədənindəki partlayış və yanğından sonra hazırda yerin altında maksimum 18 nəfərın qaldığını bildirib. Nazir eləcə də, rəsmilərin ölənlərin sayının 302 nəfərə yüksələcəyini təxmin etdiklərini deyib.
Şaxtada bir neçə gün davam edən yanğın sağ qalan insanların xilas edilməsinə mane olur. Sağ qalanlar demək olar ki, iki gün bundan əvvəl çıxarılmışdı.





Rəsmilər mədən işçilərinin çoxunun karbon qazından zəhərlənərək öldüyünü deyir. Hökumət və daş kömür şirkətinin rəsmiləri 450 nəfərədək insanın xilas edildiyini bildirir.
Bu arada isə qəzetlərdə dərc edilən baş nazir yardımçılarından birinin daş kömür mədənindəki partlayışa etiraz edənlərdən birini təpiklə vurduğu şəkillər Türkiyə vətəndaşlarının hiddətinə səbəb olub. İnsident cərşənbə günü, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Somaya səfəri zamanı baş verib.
XS
SM
MD
LG