Accessibility links

Türkiyə Somalidə yenidənqurma səylərini öz üzərinə götürür


Türkiyə Afrikada iqtisadi və siyasi nüfuzunu artırmaq və beynəlxalq səhnədə daha böyük rol oynamaq istiqamətində göstərdiyi səyləri genişləndirərək, müharibənin dağıtdığı Somalidə nəhəng yenidənqurma layihələrinə başlayacaq.

Somalidə inkişaf layihələrinin gerçəkləşdirilməsi, sülh və sabitliyin bərqərar edilməsi, sabit hökumətin qurulması Türkiyənin Şərqi Afrikanın bu ölkəsində qarşıya qoryduğu əsas məqsədlərdir. İqtisadiyyatı durmadan artan Türkiyə həmçinin enerji, tikinti və kənd təsərrüfatı sahələrində də gələcək imkanların inkişaf etidirilməsinə çalışır.

Somalidə iyirmi ildən artıqdır sabit hökumət mövcud deyil. Ölkə keçən il şiddətli quraqlıqdan çıxıb. Somalidə BMT-nin dəstəklədiyi keçid hökuməti islamçı Əl-Şəbəb ekstremist qrupuna qarşı mübarizə aparır. Son zamanalar hökumət qüvvələrinin üstünlük əldə etdiyi müşahidə olunur.

Türkiyə mətbuatının verdiyi məlumata görə, Türkiyə döyüşlərə son qoyulması istiqamətində fəaliyyət göstərir. Türkiyənin humanitar yardım agentlikləri həm Somali hökuməti, həm də Əl-Şəbəbin nəzarəti altında olan bölgələrdə fəaliyyət göstərir.

Türkiyə Somali hökumətinə təlim və dəstək verilməsi üçün təkliflər irəli sürməyə hazır olduğunu bildirib.

XS
SM
MD
LG