Accessibility links

Türkiyə qüvvələri bu həftənin əvvəlindəki hücumdan sonra bu gün Suriya sərhədində keşik çəkir.

Patrul xidməti Türkiyə qüvvələri Suriya hədəflərinə cavab hücumları etdikdən və Türkiyə parlamentinin sərhədindən kənarda hərbi əməliyyatlara icazə verməsindən sonraya təsadüf edib.

BMT Təhlükəsizlik Şurası Suriyanın Türkiyə sərhəd şəhərinə hücumunu pisləyib. Hücum zamanı beş nəfərin həlak olduğu deyilir. Şuranın dünənki bəyanatında insidentin Suriya böhranının qonşu ölkə və regionlarda sülh və sabitliyi pozmasına gətirib çıxardığı deyilir.

BMT Suriya hökumətini beynəlxalq qanunları pozmasına son qoymağa, suverenliyə və qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.

Suriya qoşunları ötən çərşənbə günü Türkiyənin Akcakale şəhərində yaşayış ərazisinə atəş açıb. Hücum zamanı iki qadın və üç uşaq həlak olub.

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan deyib ki, Türkiyənin müharibəyə başlamaq niyyəti yoxdur, lakin sərhəd və vətəndaşlarını qorumaqda qətiyyətlidir. O, Suriyanı hücumlardan çəkinməyə çağırıb. Baş nazir bildirib ki, Əsəd hökuməti Türkiyənin cavab qabiliyyətini sınağa çəkməməlidir.
XS
SM
MD
LG