Accessibility links

Türkiyə ordusu bazar günü ölkənin cənub bölgəsindəki İncirlik hərbi hava bazasından artilleriya və dronla edilən hücumlar zamanı İslam Dövlətinin 63 yaraqlısının öldürüldüyünü bildirib.

Dövlətə məxsus medianın bildirdiyinə görə, hücumlar zamanı yaraqlıların bir neçə raketatan qurğu və silah cəbbəxanasının yerləşdiyi mövqeyi hədəf alınıb. Məlumatda deyilir ki, İslam Dövləti ekstemistlərindən 34-ü Türkiyənin artilleriya hücumu zaman, qalan 29 nəfəri isə pilotsuz təyyarə hücumu zamanı ölüb.

Türkiyə hücumlara sərhəddəki Kilis şəhəri Suriyadan raket atəşinə tutulduqdan sonra başlayıb.

Türkiyədən alınan digər məlumatda isə Suriya ilə sərhəd yaxınlığındakı Qaziantep şəhərindəki polis məntəqəsinə edilən bomba hücumu zamanı 2 polis işçisinın öldüyü, 22 nəfərin yaralandığı deyilir.

Polis məntəqəsinə edilən hücümün məsuliyyətini öz üzərinə götürən olmasa da, bunu da İstanbulda iki oxşar hücum həyata keçirən cihadçıların törətdiyi ehtimal edilir.

XS
SM
MD
LG