Accessibility links

NATO Suriyanın Türkiyənin hərbi təyyarəsini vurub salmasını kəskin şəkildə pisləyib


NATO ötən həftə Suriyanın Türkiyənin hərbi təyyarəsini vurub salmasını kəskin şəkildə pisləyib. Alyans Suriya hökumətini beynəlxalq normalar, sülh və sabitliyə, habelə insan həyatlarına məhəl qoymamaqda günahlandırıb.

Brüssel görüşündən sonra NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, vəziyyətin daha da gərginləşəcəyini gözləmir, lakin Suriya gələcəkdə belə hallara yol verilməməsi üçün lazımi ölçülər götürməlidir. Baş katib NATO-nun mümkün əməliyyatları barədə heç bir deməyib. O, inkişafların yaxından izlənəcəyini bildirib.
Türkiyə NATO sazişinə əsasən təhlükəsizliyinə hədə törənən üzv ölkə kimi yığıncaq tələb etmişdi.

Bu arada, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə qanunvericilərinə deyib ki, ölkəsinin təmkinli cavabı zəiflik kimi qiymətləndirilməməlidir. Ərdoğan dostluğun dəyərli, lakin qəzəbin güclü olduğunu deyərək, Suriya tərəfindən hər bir sərhəd pozuntularına cavab veriləcəyini bildirib.
XS
SM
MD
LG