Accessibility links

Suriyalı qaçqınların Türkiyə cəmiyyətinə inteqrasiyası [Video]


Suriyalı qaçqınların Türkiyə cəmiyyətinə inteqrasiyası
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Suriyada 4 ildir davam edən münaqişə 5 milyondan artıq insanı qonşu ölkələrə pənah aparmağa məcbur edib. Təkcə Türkiyənin payına 1.5 milyon suriyalı qaçqın düşür. Bir çox problemlərlə üzləşən bu insanlara Türkiyənin humanitar yardım qrupları kömək edir.

Suriyalı gənc qaçqınlar Urfa İctimaiyyət Mərkəzində layihələr üzərində iş aparır.

Bu gün onların mövzusu biri-birini itirən iki dostun yenidən görüşməsi barədədir. İki il əvvəl Suriyanı tərk etməyə məcbur olan sosial yardım işçisi Mahmud Sleybi layihənin təcrübə mahiyyəti daşıdığını deyir. “Onlar danışarkən özlərini daha fəal hiss edirlər. Onlar biz bunun öhdəsindən gələcəyik deyirlər. Suriyadan Türkiyəyə qaçan insanların çoxunda həyat eşqi itirilmiş olur. Biz onlara həyatda qalmağa yardım ediriik.”

Qaçqınların çoxu qorxu, niganranlıq və stress keçirir. Mərkəzdə onlara psixoloji yardım da göstərilir.

Burada qaçqınların Türkiyə mədəniyyətinə qarışması üçün də işlər görülür. Bunlardan biri türk dili dərsləridir.

Tikiş dərsləri də proqramın tərkib hissəsidir. Üzlərinin göstərilməsini istəməyənlər tikdikləri paltarların ya satış, ya da ailə üzləri üçün olduğunu deyir.

Mərkəzdə qaçqınlar pulsuz compüter və internetlə təmin edilir.

Mərkəzin əməkdaşı Umutcan Yüksel yerli icmalara inteqrasiyanın bir çoxları üçün asan olmadığını deyir. “Buraya ilk gəldikdə onlar yaxşı qarşılanmışdı. Lakin bəzi sosial və iqtisadi problemlərə görə parçalanma yaranıb. Buna görə də biz mədəniyyətlərarası fəaliyyətlərə üstünlük veririk.”

18 ay əvvəl açılan bu mərkəzdə 34 işçi və 100 könüllü 20 min qaçqına yardım göstərib. Onlar deyir ki, ən böyük sevinc uşaqlarda olan dəyişiklikdir. “Bura ilk dəfə gəldikdə heç biri danışmır, susurdu. Amma 1-2 aydan sonra uşaqlar tamaşalar qoymağa başladı. Onlarda inam yarandı. Biz onlara özlərinə ehtiram göstərmələrini öyrədirik.”

Əgər uşaqlar əvvəllər yalnız müharibə və zorakılıq şəkilləri çəkirdilərsə, indi onların rəsmlərində gül-çiçək görünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG