Accessibility links

Türkiyənin Suriyada hava zərbələri nəticəsində 35 mülki vətəndaş həlak olub


Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, Türkiyənin Suriyanın şimalına hava zərbələri nəticəsində 35 mülki vətəndaş həlak olub.

20 nəfərin Cub-Əl-Kusa kəndində öldürülüdüyü, 50-dən çox adamın yaralandığı bildirilir.

Digər 15 nəfər Əl-Armana şəhərində öldürülüb. Hücum nəticəsində 20 adam yaralanıb.

Barrel bombalarından istifadə

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, Suriya hökumətinin hərbi vertolyotları Hələb yaxınlığında dəfn mərasiminə iki barrel bombası atıb. Nəticədə 23 adam həyatını itirib.

Birinci bombs insanların toplaşdığı çadır yaxınlığına, ikincisi isə təcili yardım işçilərinin hadisə yerinə gəldiyi vaxt atılıb.

Cümə axşamı günü qonşu rayona atılan bomba 11 uşaq olmaqla, 15 adamın ölümünə səbəb olub.

Suriya hökuməti barrel bombalardan istifadə etdiyini inkar edir. Lakin təhlilçilər Hələb üzərində yalnız Rusiya və Dəməşqin hava əməliyyatları həyata keçirdiyini deyir.

Atəşkəs çağırışı

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Hələbdə 48 saatlıq atəşkəsə çağırıb. O, BMT-nin bu şəhərdə yaranmış humanitar böhrana cavab verməli olduğunu vurğulayıb.

Nümayəndə Rusiyanın humanitar yardım cağırışına əməl edəcəyini təsdiqlədiyini, lakin Suriya hökumətinin əməkdaşlığına ehtiyac olduğunu deyib.

BMT Hələbdə qalmış on minlərlə insana yardım çatdırmaqla yanaşı, elektrik enerjisi kəsilmiş 2.3 million sakinin işığını bərpa etməyə çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG