Accessibility links

Suriya müxalifəti yeni liderini seçir

  • Amerikanın səsi

Suriya Milli Şurasının lideri Burhan Qaliun

Suriya Milli Şurasının lideri Burhan Qaliun

Suriya Milli Şurasının üzvləri İstanbulda iki gün sürəcək toplantı zamanı yeni lideri seçəcək. Şuranın lideri Burhan Qaliun müxalifət koalisiyasının artan tənqidlərilə qarşılaşmış və keçən ay istefa vermişdir.

Suriyanın daxilində və xaricində fəallar bir neçə müxalifət və etnik qrupu birləşdiyi Suriya Milli Şuranın effektivlyi məsələsini artıq uzun müddətdir müzakirə edir.

Şuranın mətbuat katibi Bassma Kodmani onun Dəməşqdə Əsəd hökuməti ilə müxalifət arasında münasibətlərin tənzimlənməsində effektiv olduğunu bildirib.

Tənqidlərin əsas hissəsi Şuriya Milli Şurasının əsas etibarilə islamçı sünni Müsəlman Qardaşlarından ibarət olması ilə əlaqədardır. Müşahidəçilərin fikrincə, bu, Suriyada şiə ələvilərin başlıca narahatlığıdır.

Suriyada azlıqda olan ələviləri prezident Bəşar Əl-Əsəd də daxil olmaqla, rejimdə yüksək rəsmilərlə təmsil olnub.

Suriyada kürd azlığı da Müsəlman Qardaşlarını üstünlüyündən narahatlığını bildirir.

İyunun 7-də Türkiyədə səfərdə olan ABŞ Dövlət katibi Hillari Klinton Suriya cəmiyyətində bütün tərəflərin təmsil olunması məsələsinin həlli istiqamətində çox iş görülməli olduğunu qeyd etmişdir.

Suriyada vəziyyətin sürətlə dəyişməsi və ölkədə vətəndaş müharibəsinin başlaya bilməsi təhlükəsinin olduğu bir vaxt İstanbul toplantısının əsas məqsədi birlik mesajının verilməsindən ibarət olacaq.

Suriya Milli Şurasının lideri postuna yeganə namizəd olan Əbdül Basset Sayda təşkilatın insan hüquqları bölməsinin başçısıdır. O, hazırda Suriayda mühacirətdə yaşayaır. Etnik mənsubiyyəti kürd olan Sayda neytral namizəd hesab edilir.

XS
SM
MD
LG