Accessibility links

Türkiyə kürdlərin Suriyadakı mövqelərinə qarşı reydlər keçirib


Türkiyənin bildirdiyinə görə, kürdlərin Suriyanın şimal bölgəsindəki mövqelərinə qarşı hava hücumları zamanı azı 200 kürd döyüşçü öldürülüb.

Türkiyə mediası ordu rəsmilərinə istinadən bildirib ki, çərçənbə günü gecə Hələb şəhərinin şimalında, Maarrat Umm Həvşdə keçirilən əməliyyatlar zamanı kürdlərin 18 mövqeyi hədəf alınıb.

Əməliyyatlar Suriya ordusunun mülki vətəndaşların və üsyançıların Hələbin şərq bölgəsini tərk etmələri üçün birtərəfli atəşkəs razılığından sonra həyata keçirilib.

Suriya ordusunun atəşkəsin 3 gün davam edəcəyini deməsinə baxmayaraq, döyüşlərin bu gün axşam saat 7-yə qədər dayandırılacağı gözlənilir.

Atəşkəs müddətində Suriya ordusu mülki vətəndaşların şəhəri tərk etməsi üçün səkkiz koridor açıb. Üsyançıların silahları təhvil verib bölgəni tərk etməsi üçün də əlavə iki koridorun açıldığı bildirilib. Bu koridorlardan biri Türkiyəyə, digəri isə üsyançıların məskunlaşdığı İdlibə aparır.

XS
SM
MD
LG