Accessibility links

Türkiyə parlamenti Suriyanın hücumuna cavab qətnaməsi qəbul edib


.

.

Bir illik müddəti əhatə edən qətnamə müharibə elanı deyil, Suriyanın təcavüzkar addımlarına qarşı ölçüdür

Türkiyənin Suriyanın ölümlə nəticələnən hücumlarına bu gün də artilleriya ilə cavab verdiyi bir vaxt Türkiyə parlamentində sərhəddəki əməliyyartarın davamı ilə bağlı səsvermə keçirilib.

Türkiyə baş nazirinin müavini Bəşir Atalay bir illik müddəti əhatə edən qətnamənin müharibə elanı deyil, Suriyanın təcavüzkar addımlarına qarşı tədbir olduğunu deyib. Türkiyə rəsmisi hökumətinin Suriyanın cənub-şərq sərhəd bölgəsindəki Akcakale şəhərinə qarşı hücumuna cavab qətnaməsinin beynəlxalq təsisatlarla koordinasiyalı şəkildə əldə edildiyini bildirib.

Atalay Suriyanın 5 milki vətəndaşın ölümünə görə rəsmən üzr istəməli olduğunu deyib.

Türkiyənin baş naziri Rəcəp Təyyib Ərdoğanın yardımçısının bildirdiyinə görə, Türkiyə Suriya ilə müharibə marağında deyil, lakin hücumlar cavabsız qalmayacaq.

Türkiyə hərbi qüvvələri Suriyadan edilən hücumların mövqeləri müəyyən edildikdən sonra hücuma keçib.

Çərşənbə günü Suriyanın Ağcakale ərazisinə etdiyi mərmi hücumu zamanı 5 mülki vətəndaş həlak olub.

Suriyanın informasiya naziri Omran Zoabi hadisə ilə bağlı təhqiqat aparıldığını bildirib və Türkiyə xalqına başsağlığı verib.
XS
SM
MD
LG