Accessibility links

Türkiyənin qaçqın düşərgələrində məktəblər açılır [Video]


Suriya münaqişəsindən qonşu Türkiyəyə qaçan 200 minə qədər insanın məskunlaşdığı düşərgələrdə məktəblər fəaliyyət göstərir.

Qaziantəpədəki məktəbdə suriyalı qaçqınlar oxuyur. Türkiyənin təhsil proqramına əsaslanmasına baxmayaraq, bu 4-cü sinif şagirdlərinə dərslər dogma ərəb dilində keçirilir. Onlara eləcə də türk və ingilis dilləri də tədris edilir.

Bu məktəb keçən ilin oktyabr ayında, qaçqınların yaxın zamanda evlərinə dönə bilməyəcəkləri aydın olandan sonra açıldı. Səkkiz sinifdən ibarət bu məktəbdə dərslər aşağı sinif şagidlərinə səhər, yuxarı sinif şagidlərinə günorta tədris edilir. Axşamlar isə məktəbə 300 valideyn türk dilini öyrənmək üçün gəlir.
XS
SM
MD
LG