Accessibility links

Ankaranın Suriya müxalifətinə dəstəyi diplomatik gərginliyi artırır


Ankaranın Suriya müxalifətinə dəstəyi diplomatik gərginliyi artırır
Ankaranın Suriya müxalifətinə dəstəyi diplomatik gərginliyi artırır

Bir zamanlar regionda yaxın müttəfiq əlaqələrinə malik ölkələr arasında münasibətlərdə gərginlik keçən həftə Türkiyənin Suriyadakı diplomatik nümayəndəliklərinə hücumlardan sonra və rəsmi Ankaranın Suriya müxalifətinə dəstəyinə görə getdikcə artır.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya hökumətinə artıq etibar etmədiyini bəyan edib. Bir zamanlar regionda yaxın müttəfiq əlaqələrinə malik ölkələr arasında münasibətlərdə gərginlik keçən həftə Türkiyənin Suriyadakı diplomatik nümayəndəliklərinə hücumlardan sonra və rəsmi Ankaranın Suriya müxalifətinə dəstəyinə görə getdikcə artır.

Türkiyə parlamentində çıxış edən baş nazir Rəcəp Tayyib Ərdoğan prezident Bəşar Əl-Əsədi kəskin tənqid atəşinə tutaraq, gələcəyin əzilmiş insanların qanı bahasına qurula bilməcəyini və Suriya prezidentinin əvvəl-axır bunun hesabını verməli olacağını bəyan etdi.

İki ölkə arasında gərginlik keçən həftənin şənbə günü Əsəd tərəfdarlarının Türkiyənin Suriyadakı diplomatik missiyalarına hücumlarından sonra daha artmışdır. Rəsmi Ankara Suriya hökumətinin üzrxahlıq etməsini və hadisəyə görə məsuliyyət daşıyanları cəzalandırmasını tələb edir. Hücumlardan sonra Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu Suriyanın Milli Şurasının nümayəndələri ilə görüşmüşdür.

Türkiyə Xarici İşlər nazirliyinin sözçüsü Selcuk Unal Ankaranın müxalifətin ölkədə rəsmi nümayəndəliyini açmasına razı olduğunu bəyan etmişdir.

“Onların Türkiyədə ofisi olacaq. Türkiyə xarici işlər naziri Davutoğlu Suriya şurasının üzvlərini ikinci dəfədir qəbul edir. Onlar Suriyada vəziyyətlə bağlı baxışlarını ifadə ediblər. Biz onlara dedik ki, Suriyanın taleyini onun xalqı müəyyən edəcək. Biz həmçinin dinc yollara əl atılmasını tövsiyə etmişik.”

Ankara əvvəlki aylar Suriya müxalifətinin Türkiyədə tədbirlər keçirməsinə icazə vermişdi. Keçən ay İstanbulda keçirilən iclasda Suriyanın Milli Şurası təşkil edilmişdir.

Türkiyənin Milliyet qəzetinin diplomatik məsələlər üzrə müxbiri Semih İdiz. “Ankara mürəkkəb bir oyun oynayır. Müxalifəti silahlandırmadğını deyir, lakin başqa tərəfdən, tamamilə aydındır ki, ona dəstək verir və iclas keçirmək üçün imkan yaradır. Indi də Davutoğlu müxalifətlə görüş keçirib. Fikrimcə, Türkiyə müxalifətlə münasibətlərin yaradılmasının indi son mərhələsinə qədəm qoyub. Bu mərhələ Əsəd dövrünün bitdiyini nəzərdə tutur və bu da artıq vaxt məsələsidir.”

Rəsmi Ankaranın Suriya müxalifətinin dinc hissəsini dəstəkləməsini deməsinə baxmayaraq, Türkiyə özünü Suriya Azadlıq Ordusu elan etmiş müxalif silahlı qrupun ölkədə iclas keçirməsinə icazə vermişdir. Qrup Suriya ordusunda döyüşmüş 15 min nəfərlik qüvvəyə malik olduğunu iddia edir. Türkiyənin özündə və regionda Ankaranın hərbi müdaxiləyə əl ata və Suriyada Əsəd hökumətinin opponentləri üçün sığınacaq yarada biləcəyi haqda şaiyələr dolaşır.

Türkiyə Xarici İşlər nazirliyinin sözçüsü Unal suallara cavab verərkən bunun mümkün olduğunu, lakin hələlik gündəmə gəlmədiyini bəyan edib. “Bütün ölkələr kimi Türkiyə və Türkiyə hökumətinin də hər hansı bir vəziyyət və şərait, ya da hər hansı bir məsələ ilə bağlı öz planları var”-deyə o bildirib.

Cənab Ərdoğan keçən ay sanksiyaların tətbiq ediləcəyinə işarə etmişdi. Lakin oktyabr ayında Türkiyədə Vanda baş vermiş zəlzələ Ankaranın diqqətini məsələdən yayındırmışdı. İndi Suruya yenə də gündəmdə prioritet məsələdir. Lakin jurnalist İdiz deyir ki, 800 kilometr Suriya ilə sərhəddə malik olması və orada vəziyyətin daha da gərginləşməsi Türkiyəni Dəməşqlə bağlı qərar verərkən daha ehtiyatlı olmağa vadar edir. “Türkiyə sona qədər necə inkişaf edəcəyi haqda dəqiq məlumatı olmayan bu vəziyyət inkişaf etdikcə ona reaksiya verir. Buna görə də Türkiyə ehtiyatla davranmalı olduğunu hesab edir”-deyə o bildirir.

Türkiyə Suriya müxalifəti ilə əlaqələri genişləndirir. Eyni zamanda beynəlxalq ictimaiyyətin Dəməşqə təzyiqləri artırması Ankara tərəfindən prezident Əsəd dövrünün sona dövrünə qədəm qoyduğuna dair bir siqnal kimi qəbul edilir. Lakin müşahidəçilər hesab edir ki, oyunun necə başa çatacağı və Ankaranın burada hansı rol oynacağı hələ də aydın deyil.

XS
SM
MD
LG