Accessibility links

Türkiyə polisi Taksim meydanına daxil olub


Türkiyədə İstanbulun Taksim meydanında ixtişaş polisi bu gün barrikadaları yararaq, yüzlərlə nümayişçiyə qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib.

Polis 10 gündən çoxdur hökumət əleyhinə nümayişlərin keçirildiyi Taksim meydanına daxil olub. Nümayişçilərin bəziləri polisə daş və fişənglər atıb. Qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb.

Meydanda olan nümayişçilərin əksəriyyəti hökumətin meydanda tikinti layihələrinin əleyhinə nümayiş keçirən yüzlərlə insanın toplaşdığı yaxınlıqdakı Gezi Parkına qaçıb.

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan nümayişlərin Türkiyənin imicinə və iqtisadiyyatına zərbə vurmaq üçün bilərəkdən hazırlanmış plan olduğunu deyib.

Baş nazir deyib ki, nümayişçilər Türkiyənin inkişafının qarşısını almağa çalışır, onlardan maliyyə müəssisələri və mətbuat qrupları tərəfindən Türkiyə iqtisadiyyatına zərər vurmaq üçün istifadə edilir.
XS
SM
MD
LG