Accessibility links

"Möhtəşəm yüz il" - sultanlara layiq qalmaqal


muhteşem yüzyıl - magnificent century
muhteşem yüzyıl - magnificent century
Türkiyədə sultan Süleymana həsr edilmiş “Möhtəşəm yüz il” tele-serialı ətrafında mübahisələr səngimir. Serial təkcə Türkiyənin özündə deyil, Balkanlarda və Yaxın Şərq ölkələrində də böyük populyarlıq qazanıb. Lakin Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan filmi tənqid edərək, onun tarixi faktları təhrif etdiyini bildirib.

“Möhtəşəm yüz il” tarixi tele-serialı füsunkar gözəl Roksalana və Osmanlı imperatorluğunun ən görkəmli sultanlarından biri olan sultan Süleyman arasında böyük eşq macərasından bəhs edir. Sultan hərəmxanasında cariyələr arasında intriqalar və sarayda siyasi güclü rəqabəti nümayiş etdirən serial olduqca böyük populyarlıq qazanıb. Lakin Baş nazir Rəcəp Tayyib Ərdoğan serialı bəyənmərək, onun tarixi həqiqətlərdən uzaq olduğunu deyir.

Baş nazir Ərdoğan serialın təhqiq ediləcəyini bildirib. “Taraf” qəzetində siyasi şərhçi Çengiz Aktar tarixin baş nazirin tərəfində olmadığını deyir. Cengiz Aktar:Türkiyədə ən güclü bir şəxs, elə dünyanın hər yerində bütün güclü şəxslər kimi öz məmləkətinin tarixini öz inancları əsasında yazmaq istəyib və imperatorların səhvi olmayıb. Onlar dua edib imperatorluğu idarə ediblər və yaxşı insanlar olublar. Bu, tarixdən tamamilə uzaqdır, belə şeylər olmayıb. Bütün imperatorlar kimi Osmanlı imperatorları da və elə dünyada demək olar bütün kişilər kimi onların bir neçə qadnı olub və onlar dəbdəbəli həyat sürüblər.”

Türkiyənin ən güclü siyasətçisi və ölkədə ən populyar tele-serial ətrafında müzikərələr aparıcı qəzetlərin səhifələrinə və televiziyada tok-şoulara çıxarılır. Lakin aktyorlar və prodüserlər bu müzakirələrdə fəal iştirak etmir. Onlar serialın taleyinin balansdan asılı olacağını başa düşür. Bu sükutu aktrisa Nevbahat Çehre pozub. Aktrisa deyib ki, sənətə heç kəs tərəfindən senzura qoyula bilməz.

Qəribə olsa da, baş nazirin tənqidlərindən sonra“Möhtəşəm yüz il” serialının populyarlığı daha da artıb və film tamaşaçı sayına görə öz rekordunu vurub. Lakin bu, serialın gələcəyini müəyyən etmir. Baş nazirə partlamentdə yaxın millət vəkillərindən biri tarixi şəxsiyyətlərin necə təqdim edildiyinə nəzarət etmək üçün qaydaların tətbiq ediləcəyinə söz verib.

İstanbulun küçələrində insanlar üçün bu, bir yenilik deyil. Amma işdən sonra axşam evdə tele-ekran qarşısında “Möhtəşəm yüz il” filminə tamaşa edənlər hiddət və təslim kimi qarışıq hisslər keçirir. İstanbul sakini bu sözləri Amerikanın səsinin müxbirinə deyib: “Bizi heç kəs filmə baxmağa məcbur etmir. Baş nazirin də istədiyi hər işə qarışması təəccüb doğurmur. Amma tele-serialı məhkəməyə vermək doğrudan da gülməlidir, bizim parlament nə iş görür. Mən tele-proqram əleyhinə çıxış edən parlament tanımıram. Bu absurd deyilmi?”

“Möhtəşən yüz il” serialı sultan Süleymanın özü kimi bir gün tarixə çevriləcək. Hökumət bildirir ki, türk tarixi olduqda mühümdür və tele-serialların ixtiyarına verilə bilməz. Lakin bu fikrin tənqidçiləri artıq Ankaranın qüdrətli dəhlizlərində yeni “steril” tarixin yazılmağa başladığını deyirlər.
XS
SM
MD
LG