Accessibility links

Vaşinqontda Türk-Amerika Şurasının illik konfransı keçirilir


Vaşinqontda Türk-Amerika Şurasının illik konfransı keçirilir

Vaşinqontda Türk-Amerika Şurasının illik konfransı keçirilir

İki günlük konfransda Türkiyə və ABŞ arasında qarşılıqlı münasibətlərin geniş sahələri müzakirə edilir

Vaşinqtonda Türk-Amerika Şurasının illik toplantısı keçirilir. İki günlük konfransda Türkiyə və ABŞ arasında qarşılıqlı münasibətlərin geniş sahələri müzakirə edilir. Türk-Amerika Şurasının konfransı bu il “2010: Ortaq Hədəflərə Çatmaq” başlığı altında keçir. Toplantıda iki ölkə arasında əməkdaşlığın əhəmiyyəti vurğulansa da, Türkiyə və ABŞ arasında münasibətlərdə ara-sıra yaranan gərginliklər də nəzərdən qaçmadı.

Tədbirin açılışında nitq söyləyən ABŞ Müdafiə naziri Robert Geyts Birləşmiş Ştatlar və Türkiyənin müttəfiq olduğunu və regionda fundamental maraqları bölüşdüyünü demiş, məqsədlərin dəyişməz olaraq qaldığını bildirmişdir.

Robert Geyts ABŞ-ın Avropada aketlərdən müdafiə sisteminin yerləşdirilməsi məsələsində qərarlı olduğunu qeyd etdi, lakin bildirdi ki, bu məsələdə Amerika Türkiyəyə təzyiq göstərməyib.

“Birləşmiş Ştatlar NATO bu yanaşmanı qəbul etsə, Türkiyənin texniki və əməliyyat sahəsində potensialını cəlb etmək üçün siyasi və hərbi dialoq aparır. Mətbuatda verilən bəzi xəbərlərin əksi olaraq, biz Türkiyənin bunu etməsi üçün təzyiq göstərmirik. Lakin biz NATO-nun Lissabon sammitində qəbul edəcəyi raketlərdən müdafiə sisteminə Türkiyənin dəstək verəcəyini gözləyirik.”

Türk-Amerika şurasının toplantısında çıxış edən Türkiyənin Müdafiə naziri Vecdi Gönül ABŞ-ın raketlərdən müdafiə sistemi yerləşdirmək planları məsələsində mərhələli və uyğunlaşdırıla bilən bir yanaşmaya üstünlük verildiyini dedi.

“Amerikanın mərhələli və uygunlaşdırıla bilən yanaşma tərzinin ittifaqın təhlükəsizliyinə dəyərli bir töhfə olacağını məmnunluq hissi ilə qarşılayırıq. Hesab edirik ki, bu, NATO çərçicəsində inkişaf etdirilməlidir. NATO-nun təhlükəsizliyi və həmrəliyimizin bölünməzliyi prinsipinə arxalanaraq, biz düşünürük ki, raketlərdən müdafiə sisteminin məqsədi alyansın ərazisi, əhalisi və təhlükəsizlik qüvvələrini ballistik raket hücumu təhlükəsindən qorumaq olmalıdır.”

Konfransda Türkiyənin beynəlxalq ictimaiyyətin İranın mübahisəli nüvə proqramının qarşısını almaq səylərində rolu məsələsi də müzakirə olundu. Türkiyə xarici işlər nazirliyinin müşaviri Feridun Sinirlioğlu bildirdi ki, Türkiyə İranın nüvə silahı əldə etməsinin əleyhinədir.

“Prezident Barak Obamanın xarici siyasət strategiyası münasibətləri inkişaf etdirəcək sabitliyin yaranmasına xidmət edir. Bu strategiyanın müvəffəq olması üçün Amerikanın etibarlı tərəfdaşları ilə yeni dostlar tapa bilməsi vacibdri. Daha gözəl bir dünya qurmaq üçün Türkiyə bu məqsədə nail olmaq məqsədilə Amerikanın yanındadır və yanında olmağa davam edəcək.”

Müzakirələr zamanı Vaşinqtonda Türkiyənin qərbdən uzaqlaşdığı haqda fikrin yaranması məsələsinə də toxunuldu. Demokrat konqresmen Robert Veksler bu fikirdə olanların Türkiyəni yaxşı başa düşmədiklərini bildirdi.

Konqresmen Veksler bildirdi ki, Obama administrasiyasının yaratdığı imkanın əldən verilməməsinin vacibliyini vurğuladı.

Türk-Amerika şurasının illik toplantısı bu gün işini başa çatdırır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG