Accessibility links

Türkiyə və ABŞ "soyqırım"a dair qətnaməni müzakirə edir


Türkiyə və ABŞ "soyqırım"a dair qətnaməni müzakirə edir

Türkiyə və ABŞ "soyqırım"a dair qətnaməni müzakirə edir

Türkiyənin Xarici İşlər nazirliyi bildirir ki, ABŞ Dövlət katibi Hillari Klinton və Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu məsələni telefon söhbəti zamanı müzakirə ediblər

Türkiyə Osmanlı imperiyası dövrü ermənilərin qətllərini soyqırım kimi tanıyan qətnamənin qəbul edilməməsi üçün ABŞ-a təzyiq göstərir.

Türkiyənin Xarici İşlər nazirliyi bildirir ki, məsələ dünən ABŞ Dövlət katibi Hillari Klinton və Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu arasında telefon söhbəti zamanı müzakirələrin əsas mövzusu bu olub.

Xarici İşlər nazirliyinin bu gün açıqladığı bəyanatında deyilir ki, Davutoğlu Klintona qətnamənin Konqresin Nümayəndələr Palatasında səsverməyə çıxarılmamasının nə qədər əhəmiyyətli olduğunu bildirib.

Xarici İşlər nazirliyi bildirir ki, bu addım Türkiyənin Cənubi Qafqaz regionunda sülh səyləri və ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir göstərə bilər. Bəyanatda həmçinin deyilir ki, siyasətçilər tarixi keçmişi mühakimə etməməlidir.

Bu ayın əvvəli Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsində ermənilərin qətllərini soyqırım kimi tanıyan qətnamənin qəbul edilməsi Türkiyənin öz səfirini ABŞ-dan geri çağırması ilə nəticələnmişdi.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG