Accessibility links

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Ağ Evdə ABŞ dövlət başçısı Barak Obama tərəfindən qəbul edib. Liderlər Suriya prezidenti Bəşar Əl-Əsədin istefa verməli olduğunda razılaşsalar da, bəzi məsələlərdə ciddi fikir ayrılığı mövcuddur.

Türkiyənin Reyhanlı şəhərində baş verən hücumlardan sonra Ərdoğanın prezident Obamadan Dəməşqə qarşı daha sərt mövqedən çıxış etməsini istəyib.

Türkiyə və ABŞ liderlərinin müzakirə edəcəyi digər məsələ Türkiyə-İsrail münasibətləri olub. 2010-cu ildə Qəzzaya yardım daşıyan flotiliyanın İsrailin hücumuna məıruz qalması və 9 türkün öldürüdülməsi ABŞ-ın bu iki yaxın müttəfiqi arasında əlaqələri gərginləşdirib.

Gündəmə gətirilən digər mövzu İraq olub. Artmaqda olan təriqətlərarası münaqişələr Bağdadla Ankara arasındakı əlaqələrə mənfi təsir göstərib. Belə ki, İraqın baş naziri Nuri Əl Maliki və Ərdoğan zorakılıqların qızışdırılmasına görə biri-digərini günahlandırır.
XS
SM
MD
LG