Accessibility links

Türkiyə hökuməti ABŞ-dan Fətullah Gülənin ekstradisiyasını tələb edir


Nümayişçilər Ankarada ABŞ-ın Türkiyədəki səfirliyi qarşısında Birgə Qərargahlar rəisi Cozef Danforda Fətullah Gülənin ekstradiyası ilə bağlı çağırışlar edir

Nümayişçilər Ankarada ABŞ-ın Türkiyədəki səfirliyi qarşısında Birgə Qərargahlar rəisi Cozef Danforda Fətullah Gülənin ekstradiyası ilə bağlı çağırışlar edir

Türkiyənin bir qrup qanunvericisi bu yaxınlarda ölkədə çevriliş cəhdi planlaşdırmaqda ittiham edilən din xadiminin ekstradisiya edilməsi barədə Ankaranın müraciətinə hörmətlə yanaşılması məqsədi ilə ABŞ rəsmilərinə təyziq göstərmək üçün Vaşinqtona gəlib.

Türkiyə rəsmiləri bildirib ki, Fətullah Güləni Türkiyəyə qaytarmamaq iki ölkə arasında münasibətlərə zərər vura və regional sabitliyin pozulmasına gətirib çıxara bilər.

“Hakimiyyət uğrunda mübarizə yüksək yüksək həddə çatdığı bir vaxt qiyama görə məsuliyyət daşıyan bir şəxsin Türkiyə ilə müttəfiq bir ölkədə qalması və həbs edilmədən ABŞ-dan başqa bir yerə sığına bilməsinin mümünlüyü qəbuledilməzdir” deyə Türkiyə Xarici Əlaqələr Komitəsinin sədri Taha Ozhan bildirib.

ABŞ-ın Ədliyyə Departamentində görüş qarşılıqlı anlaşma şəraitində keçib. Lakin Türkiyə rəsmiləri Vaşinqton Ankaranın ekstradisiya haqda müraciətini nəzərə almasa, bunun Türkiyə-ABŞ münasibətləri və terrorizmə qarşı qlobal mübarizə üçün ciddi nəticələri olacağı barədə xəbərdarlıq edib.

ABŞ rəsmiləri Türkiyə tərəfin təqdim etdiyi sənədlərin Ədliyyə Departamenti tərəfindən nəzərdən keçirildiyini bildirib.

XS
SM
MD
LG