Accessibility links

Türkiyə polisinin bildirdiyinə görə, bu gün ölkənin cənub-şərq bölgəsindəki Van şəhərində bomba hücumu nəticəində 48 nəfər yaralanıb.

Partlayışın iqtidarda olan Ədalət və İnkişaf partiyasının (AKP ) yerli ofisi ilə qubernatorun ofisi arasındakı yerdə baş verdiyi deyilir. Hücuma görə məsuliyyətini öz üzərinə götürən olmayıb.

Hücum hökumətin fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələri olduğunu iddia edərək, 28 vali və merin işdən kənarlaşdırmasından bir gün sonra baş verib.

Türkiyənin Daxili İşlər Nazirliyi bildirib ki, vəzifələrindən kənarlaşdırılan rəsmilər hökumətin terror təşkilatı hesab etdiyi qrupla əlaqələri olduğundan şübhələnilir.

Prezident Rəcəp Tayyib Ərdoğan bildirib ki, həmin şəxslər vəzifələrindən çoxdan çıxarılmalı idi.

XS
SM
MD
LG