Accessibility links

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan WikiLeaks saytında məxfi diplomatik sənədlərin açıqlanması ilə bağlı məhkəmə işi qaldıracağı ilə hədələyib


Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan WikiLeaks saytında məxfi diplomatik sənədlərin açıqlanması ilə bağlı məhkəmə işi qaldıracağı ilə hədələyib
Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan WikiLeaks saytında məxfi diplomatik sənədlərin açıqlanması ilə bağlı məhkəmə işi qaldıracağı ilə hədələyib

Gərginliyə səbəb ABŞ-ın o zaman Türkiyədə səfiri olmuş Erik Edelmanın göndərdiyi məxfi sənəddə baş nazir Rəcəp Tayyib Ərdoğanın İsveçrə banklarında səkkiz hesabı olduğu ilə bağlı iddia olub

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan WikiLeaks saytında məxfi diplomatik sənədlərin açıqlanması ilə bağlı məhkəmə işi qaldıracağı ilə hədələyib. Gərginliyə səbəb ABŞ-ın o zaman Türkiyədə səfiri olmuş Erik Edelmanın göndərdiyi məxfi sənəddə baş nazir Rəcəp Tayyib Ərdoğanın İsveçrə banklarında səkkiz hesabı olduğunun qeyd edilməsi olub.

Tərəfdarları qarşısında danışan cənab Ərdoğan öz qəzəbini saxlamayıb təhdidlərlə çıxış edib.

Rəcəp Tayyib Ərdoğan bu iddialar doğru olduğu təqdirdə vəzifəsindən və parlamentdən istefa verəcəyini bildirib.

Aparıcı müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlu hökumətdə korrupsiya hallarını aşkarlamaqla tanınır. Partiyaya rəhbərlik etməyə başlayandan o, əsas diqqətini baş nazir Ərdoğana yönəltmişdir. Kılıçdaroğlu inanır ki, baş nazirlə bağlı həqiqətlər yaxın zamanlarda üzə çıxacaq.

Təhlilçilərin fikrincə, Kılıçdaroğlu baş naziri çıxılmaz vəziyyətdə qoya bilib, belə ki, cənab Ərdoğan və onun partiyası korrupsiya halları ilə bağlı iddialarla qarşılaşmışdır. Biləşmiş Ştatların gizli diplomatic sənədlərinin açılması ilə bu iddialar yenidən xəbər başlıqlarına çıxarılır.

Lakin hökumətdə məxfi sənədlərin açıqlanması ilə bağlı fərqli mövqedə olanlar da var. Hökumət sözçüsü Hüseyn Çelik bunun İsrail tərəfindən Türkiyəyə qarşı təşkil edilə bildiyi haqda mülahizə söyləyir. Bu şübhələr sənədlərin açıqlanmasının İsrailin xeyrinə olduğunu deyən Türkiyə prezidenti Abdulla Gülün sözlərilə səsləşir.

İstanbulun küçələrində isə bəziləri iddiların doğru olduğunu düşündüklərini deyirlər.

Ümumi seçkilərə bir ildən az vaxt qalan zaman təhlilçilər məxfi sənədlərin açıqlanmasının baş nazirə zərbə endirdiyini deyir. Eyni zamanda, onlar xəbərdarlıq edir ki, gələn həftələr və aylar Türkiyə ilə bağlı daha artıq sənədin açıqlanacağı gözlənilir.

XS
SM
MD
LG