Accessibility links

Azərbaycan və Türkiyə xarici işlər nazirləri regional münaqişələr və layihələrdən danışıblar [Video]


Azərbaycan və Türkiyə xarici işlər nazirləri regional münaqişələr və regional layihələrdən danışıb
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Azərbaycan və Türkiyə xarici işlər nazirləri regional münaqişələr və regional layihələrdən danışıblar

Danışıqlarda Cənubi Qafqazda sülh, münaqişələr, regional layihələr, Xocalı faciəsi, Çanaqqala zəfəri diqqət mərkəzində olub

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda rəsmi səfərdədir. O, bu gün prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıb.

Cənab Çavuşoğlu fevralın 26-da prezident İlham Əliyevlə birgə Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edəcək.

Danışılardan sonra keçirilən mətbuat konfransında nazir Məmmədyarov Azərbaycan-Türkiyə münasibətlərinin “bir millət-iki dövlət” prinsipi üzərində qurulduğunu bildirib.

Türkiyə və Azərbaycan Xarici işlər nazirləri
Türkiyə və Azərbaycan Xarici işlər nazirləri

Danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı son durum barədə fikir mübadiləsi aparılıb.

“Türkiyə Minsk qrupunun üzvü kimi Cənubi Qafqaza tezliklə sülhün gəlməsini istəyir”, Məmmədyarov qeyd edib.

Nazirlər Azərbaycan vəı Türkiyənin regional layihələrdə aparıcı mövqeyini önə çəkib.

“Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək. Ümid edirəm ki, Azərbaycan və Türkiyə 2019-cu ildə TANAP layihəsini də uğurla tamamlayacaq,” Azərbaycan xarici işlər naziri bildirib.

Yaxın günlərdə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması ilə tanış olmaq üçün Gürcüstanda görüşəcəklər. Üçtərəfli formatdan danışan nazirlər Azərbaycam-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Türkiyə-Gürcüstan formatını qeyd edib. Onlar Azərbaycan-Türkiyə-Qazaxıstan formatında danışıqlar olacağına da inanır.

M.Çavuşoğlu iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması istiqamətində fəaliyyətin davam etdirildiyini bildirib.

Nazir deyib ki, Ermənistan və Türkiyə arasında sərhədlərin açılması ilə bağlı protokollardan Ermənistan tərəfinin geri çəkilməsi Türkiyə üçün əhəmiyyət kəsb etmir.

Onun sözlərinə görə, Ermənistan səmimiyyət sınağından keçə bilməyib.

Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu
Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu

"Bizim şərtimiz var idi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilsin. Bu, bütün dünyanın bildiyi qəti şərtdir. Bildiyiniz kimi Çanaqqalada aprelin 24-də prezident İlham Əliyevin də iştirakı ilə zəfər tədbiri olacaq. Biz orada dostliq mesajı verəcəyik, dövlət başçılarının bir çoxları artıq qatılacaqlarını bəyan ediblər. Biz ayırmadan Ermənistanı da dəvət etdik. Ermənistana mesajımız bu bölgədə barışın, sabitliyin olması üçün işğala son qoymasıdır. Biz Ermənistanı xoş niyyətlə dəvət etmişdik, amma onun niyyəti xoş deyil", Çavuşoğlu qeyd edib.

O, bildirib ki, işğalçılığa son qoyarsa, Ermənistan da regional layihələrdə iştirak edə bilər.

“İstəyirik ki, Qafqaz istiqlal və barış bölgəsi olsun”, nazir qeyd edib.

Cənab Çavuşoğlu Xocalı faciəsindən də danışıb. O deyib ki, Xocalıda 23 il əvvəl ermənilər tərəfindən 613 azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar, yaşlı insanlar qətlə yetirilib.

“Mən Azərbaycan xalqının bu acısını bölüşürəm. Türkiyə parlamentinin bununla bağlı qərarları olub. Sabah Xocalı abidəsini ziyarət edib, onları anacayıq. Bu qətliamı törədənləri buradan lənətləyirik”, nazir bildirib.

Mövlud Çavuşoğlu bu il Antaliyada keçiriləcək G-20 zirvə sammitində Azərbycanın iştirakının Türkiyəyə güc verəcəyini deyib.

O, bildirib ki, prezident İlham Əliyevi bu zirvə toplantısına dəvət etməkdən qürür duyur. Onun sözlərinə görə, sammitdə iqtisadi inkişaf və yoxsul ölkələrin vəziyyəti müzakirə olunacaq.

Elmar Məmmədyarov deyib ki, Azərbaycan və Türkiyə geniş əməkdaşlıq edir, təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələsi də bunlardan biridir.

Azərbaycan xarici işlər naziri suallara cavabda Erməınistanda girovluqda olan Azərbaycan vətəndaşlarının azad edilıməsi ilə bağlı işlərin davam etdirildiyini deyib.

“Ermənistanın girov götürdüyü iki azərbaycanlı ilə bağlı məsələ hər zaman gündəmdədir. Bu məsələ bütün səviyyələrdə qaldırılıb. Ermənilər onları girov saxlaya bilməzlər, inanırıq ki, gec-tez biz girovların geri qaytarılmasına nail olacağıq".

İstəyirik ki, Qafqaz istiqlal və barış bölgəsi olsun.
Mövlud Çavuşoğlu

Minsk qrupunun həmsədrlərinin regiona son səfərinə toxunan nazir deyib ki, münaqişənin irəli aparılması üçün işçi qrupların yaradılması təklifi var.

“Bu işçi qruplar texniki sahədə işləməyi, yəni qaçqınlar geri qayıtdıqdan sonra görüləcək işləri araşdırmağı nəzərdə tutur.

Azərbaycan bu istiqamətdə iş görür. Dünya Bankı ilə bu işləri necə aparmaqla bağlı iş gedir. Qaçqınlar geri qayıdandan sonra biz bunu Ermənistanla da danışmalıyıq, ilk növbədə Ermənistan öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmalıdır. Söhbət atəşkəs pozuntusundan yox, erməni əsgərlərinin Azərbaycan ərazilərində olmasından gedir. Biz tələb edirik ki, Ermənistan qoşunları işğal edilmiş ərazilərdən çıxsınlar".

Nazir deyib ki, Azərbaycan Ermənistanın qlobal layihələrə qoşulmasını istəyir, amma onlar bu işğalçılıq siyasətləri ilə özlərini küncə salırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG