Accessibility links

İlham Əliyev: Azərbaycan Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin aradan qaldırılması istiqamətində səy göstərməyə hazırdır


İlham Əliyev və Mövlud Çavuşoğlu

İlham Əliyev və Mövlud Çavuşoğlu

Azərbaycan Türkiyə və Rusiya ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Prezident deyib ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub, Azərbaycan ilə Türkiyənin həyata keçirdikləri TANAP, TAP, Bakı-Tbilisi-Qars və digər layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Xəbəri Azərbaycan prezidentinin rəsmi saytı yayıb.

XS
SM
MD
LG