Accessibility links

Rauf Mirqədirov: Türkiyədə bələdiyyə seçkiləri sanki prezident seçkilərinin nəticələrini müəyyənləşdirib [Audio]


Türkiyədə seçki
Türkiyədə seçki

Siyasi şərhçi türkiyədə seçkiləri müşahidə edib. O Amerikanın Səsinə müsahibəsində seçkilərin doğuracağı nəticələrdən danışıb

Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkiləri bu ilin avqustunda olacaq prezident seçkilərinə hazırlıq xarakteri daşıyır. Bu səbəbdən də bələdiyyə seçkilərində təbliğat-təşviqat işləri parlament seçkiləri səviyyəsində aparıldı. Bu barədə “Ayna-Zerkalo” qəzetinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirov Amerikanın Səsinə müsahibəsində bildirib.
Rauf Mirqədirovla müsahibə
please wait

No media source currently available

0:00 0:07:14 0:00

Onun sözlərinə görə, siyasi qalmaqallara, rüşvət və korrupsiya ilə bağlı ittihamlara baxmayaraq hakim AKP (Adelet və Kalkınma Partiyası) seçkilərdə qalibdir.

Siyasi şərhçi hesab edir ki, siyasi qalmaqallar seçkilərə təsir edib, amma AKP-nin itkiləri gözlənildiyindən az olub. Siyasi qalmaqalların nəticəsində 90 faizədək seçici səsvermədə iştirak edib. Bu Türkiyə üçün çox böyük rəqəmdir. “Amma, 2011-ci il parlament seçkiləri ilə müqayisədə hakim partiyanın səsləri 5 faiz azalaraq 45 faizə enib. Bu 45 faiz AKP-nin kifayət qədər inandırıcı qələbəsini ehtiva edir. Seçkilərin nəticələri həmçinin prezident seçkilərinə təsir edəcək çox ciddi amildir. Sanki prezident seçkilərinin nəticələrini müəyyənləşdirib”, o qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, AKP həmçinin İstanbul və digər böyük şəhər bələdiyyələrində seçkiləri udub. “İstanbulda CHP-nin (Cümhuriyyet Halk Partiyası) namizədi hətta ötən seçkilərdəki nəticələrə belə nail ola bilmədi”, o qeyd edib.

Bununla yanaşı Ankara və Antaliyada seçkilərin nəticələri mübahisəli olaraq qalır.

Mirqədirov özü seçkiləri müşahidə edib və o seçkilərdə saxtakarlıqların olmasını mümkün hesab edir. “Mən özüm Ankaranın şəhər kənarındakı yoxsul məhəlləsində Suriya qaçqınlarının səs verməyə cəhd etdiyinin şahidi oldum. Doğrudur müşahidəçilər bunun qarşısı aldı, amma təşəbbüslər olub”, o bildirib.

O Pəcəb Tayyip Ərdoğanın prezident seçkilərində iştirak edəcəyinə işarə etdiyini deyib. “Bələdiyyə seçkiləri göstərdi ki, müxalifətdə olan CHP və MHP (Milliyetçi Halk Partiyası) koalisiya qursa idilər bir sıra yerlərdə seçkiləri uda bilərdilər. Prezident seçkilərində bu iki müxalif partiya koalisiya qurub vahid namizəd irəli sürə bilsə fərqli siyasi situasiya yarana bilər”, siyasi şərhçi belə düşünür.

Mirəqdirov Türkiyədəki bələdiyyə seçkilərinin Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkiləri prosesinə ciddi təsir edəcəyini düşünmür. “Azərbaycanda yaxın zamanlarda ictimai rəyin Türkiyədəki kimi siyasi proseslərə əsas təsiredici amilə çevriləcəyinə inanmaq düzgün olmazdı”, o qeyd edib.

Rəsmi məlumatlara görə, Türkiyədə seçicilərin 89,05 faizi bələdiyyə seçkilərində səs verib.

Hazırda səslərin 96,69 faizi hesablanıb. Nəticələrə görə iqtidarda olan AKP səslərin 45,05, CHP 29,12, MHP 15,35 və BHP 3,78 faizini toplayıb.
XS
SM
MD
LG