Accessibility links

Türkiyənin qocaman qəzetlərinə polis reydləri və jurnalistlərin həbsləri artmaqdadır. Hökuməti tənqid edən ən qocaman qəzetlərdən biri olan Cumhuriyet də onların arasındadır.

Polis reydinə və qəzetin baş redaktoru Murat Sabunçunun həbsinə etiraz olaraq yüzlərlə insan Cumhuriyet qəzetinin baş qərargahı qarşısına toplaşıb. Qəzetin veb səhifəsində çoxu yazar olmaqla, qəzetdə çalışan onlarla insanın həbsinə qərar verildiyi bildirilir. Həbs edilənlər arasında 72 yaşlı köşə yarazı Aydın Enginin də olduğu deyilir.

Cənab Əngin polisdən onun nəyə görə həbs edildiyini soruşanda, ona Cumhuriyet qəzeti üçün yazmasının kifayət olduğu cavabı verilib.

Bütün həbs edilənlərə qarşı Türkiyənin anti-terror qanunlarını pozaraq, kürdlərin PKK partiyasını və ya iyul ayında ölkədə çevriliş cəhdinin arxasında duran Fətullah Güləni dəstəkləmək ittihamları irəli sürülüb.

XS
SM
MD
LG