Accessibility links

Birləşmiş Ştatlar Bazar ertəsi Cumhuriyet qəzetinin redaktor heyətinin həbsindən sonra Türkiyə hökumətinin müxalif mediaya qarşı artan basıqlarından narahatlığını bildirib.

Dövlət Departamentinin sözçüsü deyib ki, Vaşinqtonun Ankaranın iyul ayının 15-də dövlət çevrilişi cəhdində əli olanların cəzalandırılmasını dəstəkləməsinə baxmayaraq, daha artıq media qurumlarının bağlanması və həftəsonu jurnalistlərin həbsi narahatlıq doğurur.

Keçən həftənin şənbə günü Cumhuriyet-in baş redaktoru Murat Sabunçu və qəzetin redaktor heyətinin digər üzvlərinin həbsi məmurlar, ziyalılar, müəllimlər və səhiyyə işçiləri daxil olmaqla, 10 min nəfərdən çox insan işdən azad edilməsindən sonra baş verib.Həftə sonu ərzində onlarla xəbər agentliyi bağlanıb.

Siz insanlara təzyiq göstərməklə onları qorxuda bilməzsiniz

"Gülməlidir. Mən demək istiyərəm ki, siz insanlara təzyiq göstərməklə onları qorxuda bilməzsiniz. Vicdanlı insanlar bu baş verənləri dəstəkləyə bilməz. Siz dünya qarşısında özünüzə haqq qazandıra bilməzsiniz" deyə, Cumhuriyet qəzetinin karikaturaçısı Musa Kart bildirib.

Bütün həbs edilənlərə qarşı Türkiyənin anti-terror qanunlarını pozaraq, kürdlərin üsyançı PKK qrupuna və ya din xadimi Fətullah Güləni dəstəkləmək ittihamları irəli sürülüb.

XS
SM
MD
LG