Accessibility links

Türkiyənin kürdlər yaşayan bölgələrində AKP güclü rəqabətlə üzləşə bilər

  • Ulviyyə Əsədqızı

Türkiyənin kürdlər yaşayan bölgələrində AKP güclü rəqabətlə üzləşə bilər

Türkiyənin kürdlər yaşayan bölgələrində AKP güclü rəqabətlə üzləşə bilər

Türkiyədə dinə nəzarəti Diyanət İşləri Başqanlığı adlanan dövlət orqanı həyata keçirir, təşkilat həmçinin məscidlərdə oxunan xütbələri və imamların təyin olunmasını da sıxı nəzarətdə saxlayır.

İslam köklü hakim Ədalət və İnkişaf Partiyasınının seçkilərdə ümumən qələbəyə çalacağı gözlənilir. Amma proqnozlar belədir ki, ölkənin kürdlər yaşayan cənub –şərq hissəsində partiyanı ciddi rəqabət gözləyir. Bu seçkidə dünyəvi millətçi və dindar kürdlər Kürd millətçiliyi idayasını müdafiyə üçün birləşiblər.

Hər cümə Diyarbəkir müsəlmanları dövlətin nəzarətində olan məscidlərdə cümə namazını baykot edirlər. Onlar tələb edirlər ki, xütbə onların ana dili kürd dilində olmalıdır. Kürdlər məscid əvəzinə namazlarını isti günün altında şəhər divarının yaxınlığında qılırlar.

1980-ci ilə qədər Kürd dili rəsmi olaraq qadağan idi. İndi ictimai yerlərdə kürdcə danışmağa icazə verilir, amma bütün ölkə ərazisindəki məscidlərdə rəsmi dil yenə də Türk dilidir.

Türkiyədə dinə nəzarəti Diyanət İşləri Başqanlığı adlanan dövlət orqanı həyata keçirir, təşkilat həmçinin məscidlərdə oxunan xütbələri və imamların təyin olunmasını da sıxı nəzarətdə saxlayır.

Etirazlara rəhbərlik edən keçmiş imam və din xadimlərindən təşkil tapmış Diar-der qrupunun rəhbəri Zahid Çiftkuran deyir ki, islahatlar aparılması barədə təkliflərinə rədd cavabı gəldikdən sonra qərara gəldilər ki, etirazlara başlasınlar:

“Biz “Diyanət İşlərindən”dən tələb etdik ki, xütbə öz anadilimizdə oxunsun çünki İslam dininə görə biz xütbədə nə deyildiyini başa düşməliyik. Tələbimizi rədd etdilər, əvəzində hökumət buraya 10 min yeni imam göndərdi, halbuki, o adamların bu yerlərlə heç bir bağlılığı yoxdur. Bu, bir növ dini assimilyasiyadır.”

Belə görünür ki, kürd etirazçılar partiyasının dini azadlıqları müdafiə etməsiylə fəxr edən baş nazir Rəcəb Təyyub Ərdoğana problem yaradacaqlar.

Keçən həftə Ərdoğan Diyarbəkirdə kürdlərə müraciətində etirazları kəskin tənqid etmişdi:

“Onlar dövlətin təyin etdiyi imamın arxasınca namaz qılmaqdan imtina edirlər. Amma onlar dindar da deyillər. Onlar Öcalanı özlərinə peyğəmbər sayırlar. Gəlin onlara bir dərs verək.”

Ərdoğanın kürdlərin həbsdəki lideri Abdullah Öcalana belə hücumu onun öz partiyasının bəzi yüksək vəzifəli kürd üzvləri də daxil bir çox kürdü məyus edib. Partiyanın Diyarbəkir bölməsinin sədr müavini Muhammad Akar deyib ki, onun mövqeyi partiyanın mövqeyindən fərqlidir və etirazı şəxsən dəstəkləyir: “İndiyədək dünyəvi millətçi və dindar kürdlər arasında qarşıdurma olacağından narahat idim, indi ilk dəfədir ki, kürd millətçiliyi dinlə birləşib”, deyə Akar bildirib.

Şaiyələrə görə, Türkiyə ordusu kürdlərin bu etirazlarından narahat olub və sayıqlığı artırıb.

“Diyanət İşləri” artıq bəzi məscidlərdə bəzi dini mahnıların kürd dilində oxunmasına icazə verib. Ömər Kılıç keçən həftə Diyarbəkirin əsas məscidindəki dini mərasimdə ilk dəfə bu cür ilahini ifa edib. Kılıçın dediyinə görə, bəzilərinin hətta ilk dəfə öz dillərində dini mahnı oxuduqlarına görə sevincdən gözləri də yaşarıb. Kılıç əlavə edib ki, bu bir başlangıcdır.

Görünən budur ki, Türkiyə seçkilərində kim qalib gəlirsə gəlsin, fundamental islahatlar tələb edən daha yaxşı birləşmiş kürd hərəkatı ilə üzləşməli olacaq.

XS
SM
MD
LG