Accessibility links

Türkiyə hərbi qüvvələrinin baş komandanları istefa verib

  • Amerikanın səsi

Türkiyə hərbi qüvvələrinin baş komandanları istefa verib

Türkiyə hərbi qüvvələrinin baş komandanları istefa verib

Türkiyənin baş hərbi qərargahlarının komandirlərinin hamısı istefa verib. Belə ki, dünyəvi ordu ilə islamyönümlü hökumət arasında gərginlik mövcud idi. Yerli mətbuatın bildirdiyinə görə, Hərbi Qərargahlar rəisi, general İşık Koşanər, quru, hərbi dəniz donanması və hava qüvvələrinin komadirləri istefalarını hökumətə təqdim edib. Mətbuatın yaydığı xəbərlərə görə, o, istefasını "zərurət" adlandırıb. İstefalar general Koşanərin baş nazir Rəcəp Tayyib Ərdoğan və prezident Abdulla Güllə görüşündən sonraya təsadüf edir. Onlar Ali Hərbi Şuranın gələn ay keçiriləcək toplantısı zamanı hərbi personalda əsaslı irəliləyişlər edilməsi məsələsini müzakirə edib.Ərdoğan isə hökumət əleyhinə konspirasiyada iştirk etdiyinə inandığı zabitlərin rütbələrinin yüksəldilməsi planına qarşı çıxacağını bildirib. Çevriliş ittihamı ilə 300-dən artıq adam nəzarət altına alınıb. 200-dən artıq hazırkı və təqaüddəki hərbçi ittihamlarla üzləşib.

XS
SM
MD
LG