Accessibility links

Türkiyə Avropanın təmkinli olmaq çağrışlarını rədd edir


Türkiyə Avropa İttifaqının təmkinli olmaq çağrışlarını rədd edir. Rəsmi Ankara Niderland rəsmilərinin Türkiyə nazirlərinin prezident Rəcəb Tayyiib Ərdoğana dəstək toplamaq məqsədilə mitinq keçirmələriniin qarşısını almalarına etiraz olaraq Niderlandla yüksək səviyyəli diplomatik əlaqələri kəsib.

Türkiyə baş nazirinin müavini Numan Kurtulmus müxbirlərə bildirib ki, Niderland öz əməllərinə yenidən baxmayanadək bu tədbirlər qüvvədə qalacaq.

İki ölkə arasında münasibətlər Türkiyənin xarici və daxili işlər nazirlərinin gələn ay ölkədə keçiriləcək referendumda Ərdoğana dəstəyini təmin etmək məqsədilə Niderlandda mitinq keçirmələrinin qarşısı alınandan bəri korlanıb.

Ərdoğanın Niderlandı nazirlərin mitinq keçirmələrinin qarşısını aldığı üçün “Nasi”lərə bənzətməsi qınaqlara səbəb olub.

Niderlandın baş naziri Mark Rutte Ərdoğanın “nasi” iddiasını “axmaq irad” adlandırıb. Baş nazir özü çərşənbə günü keçiriləcək seçkidə Girt Uayldersin anti-islam partiyası ilə sərt rəqabətlə üzləşəcək.

Türkiyənin Amsterdama tətbiq etdiyi sanksiyalara hazırka ölkə xaricində olan Niderland səfirinin Türkiyəyə geri dönməsinə qadağa eləcə də diplomatik uçuşların təxirə salınması daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG