Accessibility links

Türkiyə şərq dünyasında siyasi nüfuzunu artırmağa çalışır


Türkiyənin Avropa ölkəsi kimi qeyri-müəyyən gələcəyi Ankaranın regionda siyasi nüfuzunu artırması qarşısında maneə yaratmır

Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsi bu ayın əvvəli İstanbulda birliyin rəsmiləri ilə danışıqların aparılmasına baxmayaraq, qeyri-müəyyən olaraq qalır. Türkiyənin Avropa ölkəsi kimi qeyri-müəyyən gələcəyi Ankaranın regionda siyasi nüfuzunu artırması qarşısında maneə yaratmır.

İstanbulda Avropa Birliyinin iki yüksək səviyyəli rəsmisi və Türkiyənin Xarici işlər naziri arasında görüş səmimi şəraitdə keçib. Lakin Türkiyə və onun Avropa Birliyi və onun hüdudlarından kənarda tərəfdaşları ilə münasibətləri gərgindir.

Ankara Avropa Birliyinə üzv olmaq istəklərinin qarşılaşdığı etirazlardan narazıdır.

May ayında Türkiyənin İrana qarşı BMT sanksiyalarına səs verməməsi ABŞ-ın narazıılığına səbəb olub. Bu yaxınlarda Ankara on illərdir müttəfiqi olan İsrailin keçən ay səkkiz türk vətəndaşı və amerikalı bir türkün ölümülə nəticələnmiş flotiliyaya hücuma görə üzr istəməsini tələb etdi.

Lakin bütün bu inkişaflar şərq və qərb arasında qalmış bu müsəlman ölkəsini Avropanın hüdudlarından kənarda öz siyasi nüfuzunu artırmaqdan çəkindirmir.

Prezident Abdulla Gül və baş nazir Rəcəp Tayyib Ərdoğanın hökuməti davamlı olaraq Yaxın Şərqdə İran, İraq və Suriya kimi ölkələrlə siyasi əlaqələri yaxşılaşdırmağa çalışır.

Türkiyə təhlilçilərin “Yaxın Şərqin soyuq müharibəsi” adlandırdıqları regional münaqişələrin həllində də vasitəçi rolunu oynayır.

Bu gün Avropada iqtisadi cəhətdən inkişaf etmiş ölkələr arasında altıncı yeri tutan Türkiyə siyasi nüfuzunu artıraraq, dünyada yumşaq güc-ə çevrilir.

Keçən ay Türkiyənin yüksək diplomatlarından ibarət nümayəndə heyəti Vaşinqtonda amerikalı həmkarlarına bunu çatdırmağı vacib bildilər.

Türkiyənin baş nazirinin müşaviri İbrahim Kalın. “Türkiyə indi ilk dəfə olaraq soyuq müharibədən sonrakı dövrün reallıqlarını psixoloji baxımdan anlayaraq, tam arxayınlıqlarla onları əks etdirir.”

Doktor Suat Kınıklıoğlu. “Çoxları bizi sadəlövh adlandıra bilər, amma biz inanırıq ki, Fransa və Almaniya qərbi Avropada nəyə nail olmuşdusa, biz də Yaxın Şərq, xüsusilə də insanlar, ideyalar və ticarətin azad şəkildə hərəkət etdiyi Qavqaz və Qara dəniz regionları və Balkanlar kimi coğrafi bir məkanda bunu edə bilərik.”

Türkiyənin ABŞ-dakı səfiri deyib ki, Vaşinqtona səfərin məqsədlərindən biri də Amerika qanunvericilərini Türkiyənin xarici siyasət sahəsində mövqeyini dəyişdirdiyindən xəbərdar etməkdir.

Tənqidçilər Türkiyənin belə yeni davarınışını görərək, ölkənin qərbdən, xüsusilə də Avropadan uzaqlaşdığını və qərb ölkələrinin təhlükə doğurduqlarından ehtiyat etdiyi İranvə Suriya kimi qonşuları ilə siyasi tərəfdaşlığı gücləndirməsini istədiyini bildirir.

Lakin Türkiyənin baş nazirinin müşaviri olan İbrahim Kalin deyir ki, Türkiyə Avropanın yaxşı qonşuluq siyasətini öz regionunda tətbiq etməyə çalışır.

O deyir ki, Ankara Yaxın Şərqdə slüh və sabitliyi bərqərar etmək üçün öz xarici siyasətini çeşidləndirir. Türkiyənin siyasi dairələrində bunu problemsiz qonuluq siyasəti adlandırırlar.

Türkiyənin baş nazirinin müşaviri İbrahim Kalın. “Biz burada dəyərlər baxımından heç bir ziddiyyət görmürük. Bizim avropalı və amerikalı müttəfiqlərimiz Rusiya və Çin kimi mürəkkəb tərəflərlə münasibətləri yaxşılaşdırmaq istiqamətində eyni addımlar atdıqda bu, dünyada sülh işinə töhfə kimi qiymətləndirilir. Bəzi insanlar hələ də başqa ölkələrin də eyni dərəcədə hörmətə layiq olduğu faktı ilə razılaşa bilmir. Bu da bizim regionumuzda xarici siyasətimizdə görmək istədiyimiz işdir.”

Türkiyə arxayındır. Ümumdaxili məhsulu 750 milyard dollara çatan Türkiyə dünya ölkələri arasında 16-cı yerdədir.

Dünyanın 30-dan çox ölkəsinə 500 milyon dollar məbləğində yardım edən Türkiyə qlobal nüfuzunun artmasına kömək edir.

İbarhim Kalin israr edir ki, Ankaranın geo-siyasi mənada yeni nümunəsi 21-ci əsrdə reallıqların dəyişdiyini əks etdirir.

Türkiyənin baş nazirinin müşaviri İbrahim Kalın. “Biz dünyada avro-sentrizm problemindən qurtulmalıyıq. Bu, tarixin Avropadan başladığı və hələ də Avropada davam etdiyi, arada da islam dünyası, Çin və osmanlıların olduğu bir ideyadır. Biz bundan qurtulmalıyıq.”

Yeni dünyanın nizamında Çin, Hindistan və Braziliya kimi iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr daha geniş siyasi və iqtisadi gücə malik olur, ənənəvi qüdrətli dövlətlərsə, dünyada nüfuzunu getdikcə itirməyə başlayır.

XS
SM
MD
LG