Accessibility links

Tehranda “İranda türk dili və ədəbiyyatı” başlıqlı beynəlxalq simpozium keçiriləcək


İranda türk dili ilə bağlı simpozium Tehranın Əllamə Təbatəbai Universitetində keçiriləcək

İranda türk dili ilə bağlı simpozium Tehranın Əllamə Təbatəbai Universitetində keçiriləcək

“İranda Türk Dili, Ləhcələri və Ədəbiyyatı” simpoziumu elmi komitəsinin üzvləri Türkiyə, İran, Azərbaycan və Qazaxıstan universitetlərinin müəllimləridir

İranın ən böyük humanitar və sosial elmlər universiteti olaraq tanınan Tehranın Əllamə Təbatəbai Universiteti “İranda Türk Dili, Ləhcələri və Ədəbiyyatı” başlıqlı beynəlxalq simpozium keçirməyə hazırlaşır.

Universitetin Xarici Dillər Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölümünün yaydığı bildirişə əsasən, simpoziuma qatılmaq istəyən alimlər və araşdırmaçılar mövzu ilə bağlı hazırlayacaqları məqalələrin xülasəsini 15 fevral, məqalənin tamamını isə 25 mart tarixinə qədər Əllamə Təbatəbai universitetinə göndərməlidirlər. Simpoziumun apel ayının 28-29-da keçiriləcək.

Məqalələrin dili Azərbaycan türkcəsi, Türkiyə türkcəsi və farsca olmalıdır. Nəzərdə tutulmuş geniş mövzu başlıqlarının bəziləri belədir:

İranda türkoloqiya elminin bir fənn olaraq qurulmasının əhəmiyyəti və gərəkliliyi;

■ Türklük elminin əldə etdiyi təcrübəsinin İrana necə köçürülməsi;

■ Türklük elminin araşdırma sahələri o cümlədən ləhcə, dil atlasının hazırlanması, lüğət, dil tarixi, türkcənin İrandakı digər dillərlə təması,

■ İranda türkcəyə canlılıq qazandırılması və dil planları,

■ İranda türkcənin yazı qaydaları və əlifbası;

■ İranda türk xalq ədəbiyyatının araşdırılması və İrandakı digər etniklərin xalq ədəbiyyatları ilə əlaqələri.

“Böyük bir türk nüfusuna sahib bir ölkə olan İranda türk dili və kültürü üzərində həyata keçirilən araşdırmaların yox deyiləcək qədər az olması göz önünə alındığında görüləcək işlərin önəmi ortaya çıxmaqdadır,” deyə yayılan bildirişdə qeyd edilib.

“İranda Türk Dili, Ləhcələri və Ədəbiyyatı” simpoziumunun elmi komitə üzvlərinin əksəriyyəti Türkiyə universitetləri və İranın Əllamə Təbatəbai Universitetinin müəllimlərindən ibarətdir. 34 nəfərlik elmi komitədə eləcə də Azərbaycan Milli Elmlər Akademiyası, Urmiyə Universiteti, Bakı Dövlət Universiteti və Qazaxıstanın Astana Universiteti kimi digər ali təhsil mərkəzlərindən olan bəzi akademiklər və araşdırmaçılar yer alıb.

Əllamə Təbatəbai Universitetinin Fars ədəbiyyatı və Xarici Dillər Fakültəsi Türk Dili və Ədəbiyyatı bölümünün açılışı 2002-cil ildə Türkiyənin sabiq prezidenti Əhməd Necdət Sezər tərəfindən həyata keçirilib.

Bölümün fars dilindəki rəsmi adında “İstanbul Türkcəsi” ifadəsi işlədilib. Fars dilində adətən türk dilinin İranda xüsusilə Azərbaycan vilayətlərində danışılan ləhcəsi türkcə, Türkiyə ləhcəsi isə İstanbul türkcəsi adlanır.

XS
SM
MD
LG