Accessibility links

Vali müavini: İran Azərbaycanında 2000 tarixi türk adı farsa çevrilib


Hadi Bahadıri

Hadi Bahadıri

Pəhləvi dönəmi və ondan sonra 2000-ə yaxın tarixi türk adı dəyişdirilib, yerinə nə olduğu bəlli olmayan saxta adlar gətirilib. Bu sözləri Qərbi Azərbaycan vilayətinin inkişaf işləri üzləri vali müavini Hadi Bahadıri Təsnim xəbər agentliyi ilə müsahibədə dilə gətirib.

Urmiyə Universitetinin müəllimi və Urmiyə şəhər şurasının sabiq üzvü Qərbi Azərbaycan vilayətində “Pəhləvi” adlarının qaldırılmasına dair açıqlama verib.

Ötən il iyun ayında İranda keçirilən İslami Şəhər Şuraları seçkilərində Urmiyə şəhər şurasının üzvü olaraq seçilən Hadi Bahadıri daha sonra vali müavini təyin edilərək şura üzvlüyündən istefa verib. Bahadıri şura seçkilərində bir qrup urmiyəli mədəni fəalın yaratdığı “Urmu Azərbaycan Səsi” koalisiyası tərəfindən dəstəklənmişdi.

Ötən aylar Urmiyə şəhər şurası adları farscaya çevrilmiş məhəllələr və bölgələrin yenidən orijinal türk adlarının qaytarılması istiqamətində fəaliyyətə başlamış, bəzi qərarlar qəbul etmişdi.

Bu fəaliyyətlərin ardından ötən iki həftə ərzində Urmiyə Bələdiyyəsi şəhərin bir çox bölgəsində üzərində məhəllələr və küçələrin orijinal türk adları yazılmış lövhələr yerləşdirib.

XS
SM
MD
LG