Accessibility links

İranın təyyarəsi Diyarbəkirdə endirildi


İranın təyyarəsi Diyarbəkirdə endirildi

İranın təyyarəsi Diyarbəkirdə endirildi

Türkiyə rəsmiləri Suriyaya gedən karqo təyyarəsindən şübhələniblər

Türkiyə rəsmiləri deyir ki, hökumət qüvvələri İrandan havaya qalxmış karqo təyyarəsini axtarış aparmaq üçün Türkiyədə endiriblər. Xarici İşlər Nazirliyi bildirir ki, hadisə dünən axşam bax verib. İrana məxsus təyyarə Suriyaya istiqamət alıbmış. Hüquq mühafizəçilərinin sözlərinə görə, onlar təyyarəyə Türkiyənin cənub şəhəri olan Diyarbəkirdə enmək göstərişi veriblər. Müstəntiqlər təyyarədə nə yükü olduğunu və hərbi qüvvələrə ehtiyac olub-olmadığını bildirməyiblər. İnsidentdən bir müddət əvvəl İsrail İrandan Qəzza Zolağındakı fələstinli yaraqlılara silah aparan karqo gəmisini ələ keçirdiyini açıqlamışdı. İsrail rəsmiləri bildirib ki, gəmi Suriyadan yola düşüb və Aralıq dənizinə daxil olmamışdan əvvəl Türkiyədə dayanıb.

XS
SM
MD
LG