Accessibility links

Türkiyə-ABŞ münasibətləri


Amerikanın Türkiyənin illik hərbi təlimlərində iştirak etməməsi bu iki NATO ölkəsi arasındakı əlaqələrə dair suallar qaldırır. Türkiyənin İrana qarşı sanksiyalar qərarını dəstəkləməməsi İsraillə münasibətlərin pozulmasına səbəb olub

Amerikanın Türkiyənin illik hərbi təlimlərində iştirak etməməsi bu iki NATO ölkəsi arasındakı əlaqələrə dair suallar qaldırır. Türkiyənin İrana qarşı sanksiyalar qərarını dəstəkləməməsi İsraillə münasibətlərin pozulmasına səbəb olub. ABŞ-ın birgə qərargahlar rəisi, admiral Maykl Müllen Türkiyədə həmkarı general İşık Koşanərlə görüşü ndə son iki ildə gərginləşən münasibətlərə pozitiv təsir göstərməyə çalışmışdı.“O vaxtdan çox şey dəyişib, Iraqda Amerikanın döyüş missiyası başa çatdırılıb, Əfqanıstanda əsgərlərin sayı artırılıb. Hər iki missiyada Türkiyənin rolu əvəzsiz olub.”

Təhlilçilərin fikrincə, Türkiyə ilə ABŞ arasında strateji tərəfdaşlığın yalnız adı var.

Islam köklü Türkiyə hökuməti İsraillə münasibətlərində kəskin xarici siyasət yürüdür. Amerika ilə Türkiyə arasındakı soyuqluq Türkiyənin Qəzzaya yardım cəhdi və İsrail tərəfindən 9 türkün öldürülməsindən sonra yaranıb. Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanın İsraili terrorizmdə ittiham etməsi Vaşintonun Türkiyənin xarici siyasətini sual altına almasına yol açmışdı. Suallar Türkiyənin BMT-nin Təhlükəslik Şurasında İrana qarşı sansiyalara mənfi səs verməsi ilə artmağa başlayıb. Bu, beynəlxalq əlaqələr üzrə ekspert Soli Özelin fikridir.“Biz tərəfdaşlarımızla nəinki, hesablaşmır,onlarla işləmək belə istəmirik.

Türkiyə Amerika və Avropa Birliyinin deyil, BMT-nin İrana qarşı sanksiyalarına əməl edəcəyini bildirib. Ötən həftə münasibətlərin normallaşdırılması məqsədi ilə bir qrup türk diplomatı Vaşinqtona səfər etmişdi. Amerikanın qabaqçıl qanunvericiləri ilə görüşlər zamanı Türkiyənin nümayəndə heyəti Türkiyə ilə İsrail arasında uzunmüddətli normal münasibətlərin yüksək dəyərləndirildiyini bildirmişdi. Səfir Selim Yenel bu səfəri əlaqələrin bərpasında mühüm addım adlandırıb. “Üz-üzə görüş lazımi bir addım idi. Biz təssülər olsun ki, münasibətlərimizin əsasını təşkil edən amillərə toxunmadıq. Bunlar bizim birgə çalışdığımız İraq, Əfqanıstan, Balkanlar kimi sahələrdir. ”

Təhlilçilərin fikrincə, Türkiyənin Əfqanıstandakı rolu Amerika üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, türk qüvvələri əfqan əsgərləri və polisinə təlim verilməsində aprıcı rol oynayır. Türkiyə NATO-nun yeganə müsəlman üzvü kimi də güclü bir simvoldur. Səfir Yenelin dediyinə görə, Türkiyəyə silah satışını müzakirə edən ABŞ Konqresi də daxil olmaqla, problemlər qalmaqdadır.

Regionun hazırkı durumu barədə mürəkkəb bir təsəvvür mövcuddur. Türkiyəyə neqativ baxış var. Burada olub, vəziyyətin izah edilməsi Konresi qane edə bilər. Lakin hələlik ümidilər azdır.

Türkiyə silahların son aylar hücumlarını artıran, 100-dən artıq türk əsgərinin ölümünə səbəb olan PKK üsyançıları ilə mübarizəyə yönəldiyini deyir.Təhlilçilıərin fikrincə, Konreqresin Türkiyəyə silah satışı barədə qanunu təsdiq etməməsi qarşılıqlı münasibətlərdə dərin bir iz qoyacaq.Türkiyədə isə ümumilli seçkilərə bir ildən az qaldığı bir vaxt ictimai rəyin əhəmiyyəti artır. Ankaranın İranla bağlı Amerika və Avropa İttifaqının daha artıq təzyiqlərilə üzləşəcəyi gözlənilir.

XS
SM
MD
LG