Accessibility links

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı olub


Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı olub
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı olub

Türkiyə ilə Azərbaycan arasında qaz tranziti, qaz təchizatı və qaz alğı-satqısına dair sazişlər imzalanıb. Qaz tranzitinə dair saziş Cənub dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

İzmir şəhərində keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı çərçivəsində baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident İlham Əliyev, eləcə də iki ölkə nümayəndə heyətlərinin üzvləri arasında danışıqlar olub.
APA Agentliyinin məlumata görə, İzmirin Balçova rayonundakı “Crowne Plaza”da qapalı aparılan danışıqlarda Ərdoğan və Əliyev, nəqliyyat nazirləri Binəli Yıldırım və Ziya Məmmədov, enerji nazirləri Taner Yıldız və Natiq Əliyev, müdafiə nazirləri İsmət Yılmaz və Səfər Əbiyev, Türkiyənin elm, sənaye, texnologiya naziri Zəfər Çağlayan və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev arasında ikitərəfli müzakirələr keçirilib.

APA bildirir ki, danışıqlardan sonra Türkiyə ilə Azərbaycan arasında qaz tranziti, qaz təchizatı və qaz alğı-satqısına dair sazişlər imzalanıb. Qaz tranzitinə dair saziş Cənub dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.
Bundan başqa, Azərbaycan və Türkiyə arasında hökumətlərarası enerji protokolu,

investisiyaların təşviqi və qarşılıqlı qorunması, Anadolu Agentliyi ilə AzərTAc arasında, Xarici İşlər nazirliklərinin Diplomatik Akademiyaları arasında, ailə və sosial siyasət sahəsində, meşəçilik, meteorologiya, mətbuat və informasiya, polisin təhsili sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Həmçinin, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İzmirdə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının protokolunu da imzalayıb.
Şuranın növbəti iclasının Azərbaycanda keçirilməsi qərar alınıb.

XS
SM
MD
LG