Accessibility links

Türkiyə baş naziri Azərbaycana səfər edəcək


Türkiyə baş naziri Azərbaycana səfər edəcək
Türkiyə baş naziri Azərbaycana səfər edəcək

Danışıqlar zamanı ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Türkiyənin baş naziri Recep Tayyip Erdoğan iyulun 27-də Azərbaycana rəsmi səfərə gəlir. Türkiyə baş nazirinin mətbuat xidmətinin məlumatına görə, səfər zamanı cənab Erdoğanın prezident İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə danışıqları olacaq.
Danışıqlar zamanı ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Türkiyə baş nazirinin tanınmamış Şimali Kipr Türkiyə Respublikasına səfərini nəzərə almasaq, Azərbaycan onun təkrarən baş nazir seçilməsindən sonra səfər edəcəyi ilk xarici ölkə olacaq.

XS
SM
MD
LG