Accessibility links

Türkiyə Fransanı soyqırım törətməkdə ittiham edib

  • Amerikanın səsi

Türkiyə Fransanı soyqırım törətməkdə ittiham edib

Türkiyə Fransanı soyqırım törətməkdə ittiham edib

Türkiyə Fransanı 60 il əvvəl Əlcəzairdə soyqırım törətməkdə ittiham edib. Baş nazir Rəcəb Tayib Ərdoğanın bu günkü ittihamı Fransa qanunvericilərinin bir əsr budan əvvəl Osmanlı İmperiyası dövründə Türkiyədə ermənilərin kütləvi şəkildə öldürülməsinin soyqırım olmasının ictimai şəkildə danılmasını cinayət hesab edən qanun çıxardıqdan bir gün sonraya təsadüf edir.

Ermənilər Birinci Dünya müharibəsi dövründə Osmanlı türk qoşunları tərəfindən 1.5 milyon erməni öldürüldüyünü deyib. Türkiyə rəsmiləri ermənilərin öldürüldüyün etiraf edib, lakin ölənlərin sayının şişirdildiyini və bunun soyqırım olmadığını bildirib. Türkiyə rəsmiləri ölüm hallarının vətəndaş müharibəsi nəticəsində baş verdiyini deyirlər.

XS
SM
MD
LG