Accessibility links

Türkiyə hərbi vertolyotu Əfqanıstanda qəzaya uğrayıb


Türkiyə hərbiçiləri vertolyotlarından birinin Əfqanıstanın paytaxtı ətrafında qəzaya uğrayaraq bir evin üzərinə düşdüyünü deyir. Hadisə zamanı vertolyotda olan 12 türk əsgəri və yerdə olan azı iki nəfər həlak olub. Türkiyənin xarici işlər nazırı Əhməd Davutoğlu vertolyotun fövqəladə eniş edən an qəzaya uğradığını deyib. O, müxbirlərə qəzanın bədbəxt və üzücü hadisə olduğunu deyib. Əfqan rəsmilərinin sözlərinə görə evin üzərinə düşən vertolyot iki uşağın həyatına son qoyub. NATO hadisənin səbəbinin araşdırıldığını deyib. İlkin araşdırmalara görə hadisə baş verən an ərazidə heç bir düşmən fəaliyyəti qeydə alınmayıb.

XS
SM
MD
LG