Accessibility links

Türkiyə ilə Azərbaycan arasında qaz tranziti ilə bağlı razılıq imzalandı


Türkiyə ilə Azərbaycan arasında qaz tranziti ilə bağlı razılıq imzalandı

Türkiyə ilə Azərbaycan arasında qaz tranziti ilə bağlı razılıq imzalandı

Razılığı Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız və onun azərbayjanlı həmkarı Natiq Əliyev imzalamışlar

Türkiyə və Azərbaycan arasında Avropa ölkələrinin Rusiya qazından asılılığını azaldacaq qaz tranziti ilə bağlı razılıq imzalanmışdır. Razılığı Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız və onun azərbayjanlı həmkarı Natiq Əliyev bu gün İstanbulda imzalamışlar.

İmzalama mərasimində eləcə də Asiya təhlükəsizlik sammitində iştirak etmək üçün Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və Tüerkiyənin baş naziri Rəcəp Teyyüb Ərdoğan da iştirak etmişlər. Türkiyənin enerji naziri Taner Yıldız deyib ki, razılıq Azərbaycan qazının tranzit olaraq Avropaya ixrac olunmasına görə Türkiyəyə ödənəcək tranzit haqqını və Türkiyənin Azərbaycandan satın alacağı qazın qiymətini müəyyən edir.

XS
SM
MD
LG