Accessibility links

Türkiyə ilə İran arasındakı təbii qaz kəmərində partlayış baş verib


Türkiyə ilə İran arasındakı təbii qaz kəmərində partlayış baş verib

Türkiyə ilə İran arasındakı təbii qaz kəmərində partlayış baş verib

Türkiyənin Botaş şirkətinin rəsmiləri partlayışın səbəb olduğu yanğının söndürüldüyünü bildirmişlər

Bu gün Türkiyə ilə İran arasındakı təbii qaz kəmərində partlayış baş verib. Partlayış bir ay bundan əvvəl kürd üsyançılarının əli olduğu deyilən partlayışla eynidir. Türkiyənin Botaş boru kəməri şirkətinin rəsmiləri partlayışın səbəb olduğu yanğının söndürüldüyünü və təmir işlərinə başlanıldığını bildirib. Lakin partlayışın İran və ya Türkiyə ərazisində baş verdiyi məlum deyil.

Keçən ay buna bənzər partlayışdan sonra Türkiyəyə gedən qaz müvəqqəti dayandırılmışdı. Onda türk rəsmiləri partlayışın Türkiyə ərazisində baş verdiyini və bunda PKK-nın separatçı üsyançılarının əli olduğunu deyib.

XS
SM
MD
LG