Accessibility links

İsrail Türkiyənin yardım müraciətinə cavab verib

  • Amerikanın səsi

İsrail Türkiyənin yardım müraciətinə cavab verib

İsrail Türkiyənin yardım müraciətinə cavab verib

İsrail hərbçiləri Türkiyənin yardım üçün etdiyi rəsmi müraciətinə cavab olaraq zəlzələ baş vermiş əraziyə mümkün qədər tez müvəqqəti yaşayış üçün təchizatlar da daxil olmaqla, xüsusi avadanlıq göndərəcəklərini vəd ediblər. Türkiyə bundan əvvəl İsrailin zəlzələ nəticəsində evlərini itirmiş insanlara yardım təklifini rədd etmişdi. Təxminən 90 ölkə Türkiyəyə yardım etmək müraciəti etmişdi. Lakin Türkiyə ilkin olaraq zəlzələ baş vermiş ərazi ilə həmsərhəd ölkələr olan İran və Azərbaycandan yardım qəbul etmişdi. Qırmızı Xaç Beynəlxalq Federasiyası bildirib ki, Türkiyədəki bölümü sağ qalanlara yardım etmək və insanları dağıntılar altından çıxarmaq üçün ərazidə işlər aparır. Qırmızı Xaç insanları 7500 müvəqqəti yaşayış çadırları, 22000 yorğan, bundan başqa soba, ərzaq və içməli su ilə təmin etdiyini deyir.

XS
SM
MD
LG