Accessibility links

Türkiyə İran və BMT arasında vasitəçi rolunu təklif etdi


Iranın müttəfiqi olan Türkiyə İran və BMT arasında nüvə programı ilə əlaqədar yaranan vəziyyətdən çıxış yolu təklif edib.

Iranın müttəfiqi olan Türkiyə İran və BMT arasında nüvə programı ilə əlaqədar yaranan vəziyyətdən çıxış yolu təklif edib.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə uran mübadiləsi programında vasitəçi rolunu oynamağa hazırdır. “Nüvə mübadiləsi əlaqəsi” adlanan təklifə əsasən İran az səviyyədə zənginləşdirilmiş uranı daha yüksək səviyyədə zənginləşdirmək və onu yanacağa çevirmək üçün xaricə ixrac edəcək. Bu vaxta qədər İran bu təklifi rədd edərək bunun əvəzində zənginləşdirmə və yanacağa çevrilmə prosesini öz ərazisində davam etdirib.

Tehranda birgə mətbuat konfransda Türkiyə xarici işlər naziri iranlı həmkarı Mənuçehr Möttəkini nüvə məsələsini diplomatik danışıqlar vasitəsi ilə həll etməyə çağırıb.

ABŞ BMT-nin İranın nüvə zənginləşdirmə fəaliyyətinə qarşı sanksiyaların dördüncü paketini tətbiq etmək səyləri üzərində çalışır. Dünyanın qüdrətli ölkələri İranın gizli olaraq nüvə silahları inkişaf etdirdiyinə inanır, lakin İran bu programın mülki məqsədlərə xidmət etdiyinə təkid edir.

XS
SM
MD
LG