Accessibility links

Türkiyə Liviyaya qarşı hücumların sərtliyini tənqid edib


Türkiyə Liviyaya qarşı hücumların sərtliyini tənqid edib
Türkiyə Liviyaya qarşı hücumların sərtliyini tənqid edib

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Liviyada davam edən hərbi əməliyyatların sərtliyi tənqid edib. Bu əməliyyatların aparılmasının NATO-ya təhvil verilməsi təklifləri də irəli sürülməkdədir. NATO üzvü kimi Türkiyənin də belə bir addımı atacağına dair suallar yaranmaqdadır. Analitiklər deyir ki, rəsmi Ankaranın mövqeyi Fransa ilə yaşanan gərginliklərin təsirindən də ola bilər.

Türkiyə baş naziri parlament üzvlərinə həftəlik müraciətini Qərb dövlətlərinin Liviyaya hərbi hava hücumlarına həsr edib. O deyib ki, əməliyyatlar Liviya və başqa ölkələr üçün neft və gəlir motivli və Qərbin hərbi müdaxiləsi kimi dərk olunub. Baş nazirin sözlərinə görə, Türkiyə Liviyaya qarşı silan yönəldən mövqeyin tərəfində olmayacaq.

XS
SM
MD
LG