Accessibility links

Türkiyənin maliyyə naziri: "Türkiyə Avropa ölkələrindən daha aşağı faizlərlə borc götürmək iqtidarındadır"

  • Amerikanın səsi

Türkiyənin maliyyə naziri: "Türkiyə Avropa ölkələrindən daha aşağı faizlərlə borc götürmək iqtidarındadır"

Türkiyənin maliyyə naziri: "Türkiyə Avropa ölkələrindən daha aşağı faizlərlə borc götürmək iqtidarındadır"

ABŞ-ın vitse-prezidenti Co Baydenin Ankaraya rəsmi səfəri ərəfəsində Türkiyənin maliyyə naziri Məhmet Şimşək Vaşinqtona səfər edib. Maliyyə naziri dünən Türkiyə-Amerika Əməkdaşlığı, o cümlədən Türkiyə İşadamları və Sənayeçilər Konfederasiyası - TUKSON-nun təşkil etdiyi “Yeni sınaqlar və imkanlar” adlı illik konfransda çıxış edib. Avropada borc böhranının mümkün təsirlərindən yayınmaq üçün Türkiyənin bir çox sahələrə malik olduğunu dilə gətirən cənab Şimşək hazırki problemlərin gələn il öz həllini tapa biləcəyini söyləyib:

“Avropa regionunda borc böhranı təkcə Türkiyə və Amerika deyil, bütün dünya iqtisadiyyatına hədədir. Dünyanın mühüm banklarının məsələyə əlaqəli müdaxiləsi və Amerikada istehlakçı inamının artırılması sayəsində bazarların vəziyyəti normallaşıb. Bu, ruhlandırıcı inkişafdır.

Avropa Birliyi liderlərinin gələn həftə keçiriləcək zirvə toplantısında borcların sabitləşdirilməsi ilə bağlı məsələlərə yer verməsi dünya iqtisadiyyatı, xüsusilə də Türkiyə və Amerika iqtisadiyyatları baxımından önəmli olacaq. Ancaq burada iki sual var: Avropadakı borc böhranı Türkiyəyə siçrasa nə olacaq? Türkiyənin Avropa Birliyi ilə sıx əlaqələri var. İxracatımızın 46-47 faizi Avropaya, turistlərimizin 60 faizi Avropadandır. Eyni zamanda Türkiyəyə birbaşa xarici yatırımların 80 faizi Avropadan edilir. Mümkün böhranın öhdəsindən gəlmək üçün Türkiyənin B planı varmı?

Avropayla əlaqələrimiz güclü olsa da, onların böhranından təsir görməyimiz mümkün olsa da, özümüzü qorumaq gücünə də malikik. Avropa Birliyinin problemi büdcə defisiti və borcların qeyri-sabitliyidir. Türkiyənin borcunun ümumdaxili məhsuluna olan nisbəti Avropanın bu nisbət üzrə orta göstəricisinin yarısından aşağıdır.

Türkiyənin borcu bu ilin ikinci rübünün sonunda sifir idi. Böhran zamanı manevr edə biləcək çox sahəmiz var. Avropa Birliyinin15 ölkəsindən daha aşağı faizlərlə borc götürmək iqtidarındayıq. Avropa Birliyindən kənarda olmağımıza baxmayaraq, borc faizlərimiz çox aşağıdır. Dəyişkən valyuta göstəricimiz var.

İqtisadiyyatımızda ən böyük problem hesab çatışmazlığıdır. Ancaq daxili tələbatın və kredit genişlənməsinin azaldılması ilə bu problemin qarşısının alınmasına nail olmaq olar”.

Türkiyənin maliyyə nazir Məhmet Şimşək çıxışında ABŞ-la iqtisadi əlaqələrin mövcud siyasi və təhlükəsizlik əlaqələri ilə ayaqlaşmadığını bildirsə də, daha çox amerikalı investorun Türkiyəyə gəlməsinə və ABŞ-a ixracatın genişdəndirilməsinə çalışdıqlarını bildirib.

XS
SM
MD
LG